Mütəxəssislər portağalın ürək, göz, ağciyər kimi orqanlara faydalı bir meyvə olduğunu və sıxmadan istifadə edilməsini tövsiyyə edirlər.
İmmunitet sistemini qoruyan portağal xərçəngli bölgədə hüceyrə zədələnməsinin qarşısını alır. Bir portağalda 4 qram pəhriz lifi olduğunu nəzərə alsaq, suyu sıxıldıqdan sonra lif nisbətinin 0,5 qrama düşdüyünü deyə bilərik. Sözügedən lif həzm sistemini nizamlayır, bağırsaq xəstəliklərinin qarşısını alır, xolesterolu aşağı salır və yeməkdən sonra qandakı şəkərin miqdarını tənzimləyir. Portağalda 86 kalori olmaqla yanaşı bir çox vitamin və minerallarla zəngindir. Bütov halda qəbul edilən portağal lif ehtiyacının 10 faizini təmin etdiyi halda, şirəsi isə cəmi 1 faizini qarşılaya bilir.
Portağalın tərkibində görmə qabiliyyətinə müsbət təsir edən antioksidanlar mövcuddur. “Lutein” və “zeaksantin” adlanan maddələr mavi işığın gözə zərərinin qarşısını alır. Bu antioksidantların qəbulu yaşla bağlı makula degenerasiyası kimi göz xəstəliklərinin meydana gəlməsinə mane olur.
”C” vitamini xərçəng və ürək-damar xəstəliklərinin qarşısını alır, immunitet sistemini qoruyur və ağciyəsin funksiyasını yaxşılaşdırır. Portağal şirəsində də flavonoidlər (hüceyrə yaşlanmasının qarşısını alan maddə) vardır ancaq portağalın ağ hissələrində bu kimyəvi maddələr qatılaşdırılmış şəkildə olduğu üçün bütöv yeyilməsi daha faydalıdır.