usaq

Texnologiyanın inkişafı uşaqlara necə təsir edir?

Baxış sayı: 1. 639

Biz “texnologiyanin təsiri” deyəndə toplum olaraq nəyi nəzərdə tuturuq? Guya uşaq televizorun qabağında oturur, iş – güc görmür, tənbəlləşir, ləngiyir, nitqi olmur və s. Düzdür, bunlar var, qəbul edirik, amma əsas ləngiyən tərəf başqadır. Aysberqin görünməyən tərəfləri də var. Birinci məsələ nədir? Texnologiya deyəndə biz nəyi nəzərdə tuturuq? Komputer, planşetlər, telefon və televizorlar. Uşaqlar orda nəyə baxır və nə tip oyunlar oynayır? Onlar əsasən aqressiv oyunlara üstünlük verirlər, bu öz yerində, amma əsasən təkrarlanan oyunlar oynayırlar. Məsələn, “bu turu keçdi vura – vura, qıra – qıra, ikinci tura keçdi, yenə eyni şey”. Yəni təkrarlayıcıdır, orda xüsusi bir təxəyyül yoxdur. Yeni, ortaya qoyulası bir şey yoxdur, yəni uşaqda təxəyyülün qarşısı alınır. Bu birinci məsələdir. İkincisi, hansı uşaq oyunu qarşılıqlıdır, yəni orda kollektiv var? Heç birində. Və uşaq öz dünyasına qapandı. İkinci olaraq uşaqlarda hansı forma dayandı? Məntiq analizi. Yəni, uşaq hər hansı bir məntiq vurmur. Belə uşaqlar özünə qapanır. Üçüncü amil nədir? Orda uşaqlar barmağı ilə basır, “burdan götürdü, bura vurdu” və yaxud eyni düymə ilə adamları burdan götürdü, ora qoydu və s. Burda əlavə barmaq hərəkəti, matorika var mı? Ancaq bir barmaqdır və digər barmaqların fəaliyyəti yoxdur, yəni matorika inkişaf eləmir.
Yaddaşın 2 növü var: Mexaniki və analitik yaddaş. Mexaniki yaddaş göz yaddaşıdır. Analitik yaddaş – ixtiyari olaraq diqqəti bir şeyə yönəldirsən və onun haqqında danışa bilirsən. O oyunları oynayan uşaqlar da analitik yaddaş inkişaf eləmir. Sadəcə mexanikidir. Göz yaddaşı yaxşıdır, rəngləri yaxşı eyniləşdirəcək, hərfləri, rəqəmləri tez öyrənəcək, amma qavramayacaq. Yəni rəqəmləri tanıyır, saya bilir, amma soruşanda ki, ”2 rəqəmindən sağda nə durur?”, bilmir. “2 rəqəmi böyükdür ya 3?” bilmir, çünki rəqəmi qavramır. Bunu qavramaq üçün də bizim analitik yaddaşımız olmalıdır. Mexaniki yaddaşda hər şey var amma mexaniki yaddaşda heçnə yoxdur. Digər məsələ uşaqlarımızda analiz formalaşmır və bunun bir sıra təsirləri olur, hansı ki, uşaqlarda zaman bələdliyi, məkan bələdliyi olmur. Zaman bələdliyi nə deməkdir? Bu, uşaqlarda 7 yaşından özünü göstərməyə başlayır. Məsələn, “2 gün əvvəl” deyəndə siz artıq hansı gündən söhbət getdiyini bilirsiniz. Amma, elə uşaq var ki, bunu bilmir. Uşaqlar da minimal zaman bələdliyi nədir? Fəsillər və səhər – axşam. Uşaqlar bunu ayırd edə bilmir və bunun səbəbi onda analizin olmamasıdır. Bunları aradan qaldırmalıyıq ki, uşaq sosiallaşsın və bütün bələdliklər aradan qalxsın. Məkan bələdliyi nədir? Getdiyin yerə görə davranmaq. Daha küçədə necədirsə evdə də o cür deyə bir şey yoxdur. Bizdə texnologiya niyə ziyandır? Təxəyyül inkişaf eləmir, analitik yaddaş olmur, zaman, məkan bələdliyi inkişaf eləmir, analiz cizgisi formalaşmır. Aşırı impulsiv və hərəkətli olurlar və yanaşı olaraq da ləngiyirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir