Tədqiqatlar göstərir ki, yorğunluq hissi bir çox qeyri-adi davranışlarla müşayiət oluna bilər.
Bəzilərimiz dəli kimi alışveriş edərkən, digərlərimiz şirniyyat tıxışdırmaqla məşğul oluruq.
Lakin dzünün stress vəziyyətində necə hərəkət etdiyini bilsən, o haldakı vaxtını daha səmərəli keçirə bilərsən.
Ürəyin teztez şirniyyat və ya şirin bir şey istəyir?
a. Bu, vəziyyətdən aslıdır.
b. Bəzən, yəni hamıda olduğu kimi.
c. Demək olar ki, həmişə.
Stress keçirdiyin məqamlarda cinsi istəklərin necə olur?
a. Həmişəkindən daha coşqun.
b. Həmişə olduğu kimi.
c. Olduqca istəksiz.
Adətən, nə vaxt içki qəbul edirsən?
a. Həftəsonu içmək üçün harasa gedirəm.
b. Dostlarımla birlikdə xoş vaxt keçirərkən.
c. Hər axşam şam edərkən bir və ya iki badəşərabiçirəm.
Adətən, nə vaxt bunu “məcbur qalıb” etməliyəm deyirsən?
a. Sıxıcı ev işləri haqqında danışanda.
b. Həmişə.
c. Nadir hallarda belə deyirəm.
Ağır idman zalı məşqlərindən sonra nə edirsən?
a. Növbəti gərgin idman məşğələsi haqqında düşünməyə başlayıram.
b. Bu haqda Facebookda yazıram.
c. Özümlə məşğul oluram.
Başağrıların teztez olur?
a. Demək olar ki, həmişə.
b. O qədər də teztez yox.
c. Həftədə, ən azı, bir dəfə.
Dostun saninla etmayi planlaşdırdığı bir şeyi taxira salsa, neca münasibat göstararsan?
a. Heç bir əhəmiyyəti yoxdur. Başqa vaxta keçirərəm.
b. Ona çox qəzəbləndiyimi söyləyərəm.
c. Dilxor olsam da, heç bir şey demərəm.
Qazancın olanda nə edirsən?
a. Alışveriş mərkəzinə yola düşürəm.
b. Dostlarımla gəzməyə gedirəm.
c. Bir hissəsini ayırıb ehtiyat üçün saxlayıram.
Həftəsonu boş vaxtın olanda özünü necə hiss edirsən?
a. Heç vaxt boş vaxtım olmur.
b. Özümü yüngülləşmiş hiss edirəm.
c. Nəsə səmərəli bir şey etməliyəmmiş kimi həyəcanlı hiss edirəm.
Cavablarında…
Daha çox A:
Sən qaydaqanun vurğunusan.
Sənin üçün hər şey ya tam olmalı, ya da heç olmamalıdır—sən ya stress içində boğulursan, ya da stresdən qurtarmaq üçün ifrata varırsan. Məsələn, alışveriş etmək kimi yollara baş vurursan. Lakin bu yaxınlarda Penn State araşdırmalar institutu tərəfindən aparılan tədqiqatlar aşkara çıxarıb ki, korkoranə şəkildə özünü yaxşı hiss etməyə çalışmaq sənin ehtiyacın olmayan şeyləri almaqla israfçılıq etməyinə səbəb ola bilər. Nə dərəcədə həyəcanla pul xərclədiyini qiymətləndirmək üçün xərclərini izləməyə başla, belə edərək büdcəni də qoruya biləcəksən.
Daha çox B:
Sən Xaricə Açılansan.
Çox güman ki, sən narahat olduğun zaman içindəkiləri boşaltmaq üçün kiməsə bu haqda yazırsan. Deyinmək sənə kömək edə bilər, lakin səni daim gözləmə rejimində də saxlaya bilər. Kaliforniyanın San Diyeqodakı yeni universitetinin apardığı tədqiqat ağıllı bir davranış tərzi aşkara çıxarmışdır. Əgər səni gərginləşdirən halların tez ötübkeçməsini istəyirsənsə, stress vəziyyətlərini şişirtməməyə çalış, onlara layiq olduğundan çox diqqət ayırma.
DAaha çox C:
Sən İçinə Qapanansan.
Sən stressə məhəl qoymursan. Bu da onun əlamətlərinin təsadüfi hallarda, bəzən hiss edilməyəcək dərəcədə üzə çıxmasına gətirir. Stressi idarəetmə bacarıqlarını öyrənməyə çalış.
Mütəxəssislər bildirir ki, nə qədər çox bilirsənsə, stressin öhdəsindən o qədər yaxşı gələcəksən. Ən effektiv variant: səni narahat edən şeylərin siyahısını hazırla və onlarla birbir məşğul ol ki, stress və hirs səni içindən yeməsin.