Körpələr əslində yuxu nizamına tez alışırlar. Körpəniz böyüdükcə xarici dünyanı tanımağa başlayacaq və gecə yuxuları uzanacaq, gündüz yuxuları azalacaq. Təxminən ikinci həftəsindən etibarən körpəyə gecə-gündüz fərqini ayırd etməsini öyrədə bilərsiniz. Bu mövzuda valideynlərin sakit və səbrli olması lazımdır. Körpənizin öz yuxu nizamını təyin etməsi üçün ona fürsət verməli və zaman ayırmalısınız. Beləliklə, onun yuxu dövrülüyünün getdikcə müəyyən bir nizama daxil olduğunu görəcəksiniz. “Gencaile.az” Aile.lent.az-a istinadən uşaqların yuxu nizamı ilə bağlı valideynlərə 15 məsləhət verir.
1. Gündüz tez-tez qucağınıza alaraq, xarici dünyanın fərqliliklərini görməsi və bunları qəbul etməsini təmin edin.
2. Gün ərzində mümkün qədər oyaq qalmasına çalışın.
3. Yatmazdan əvvəl mütləq yemək yedizdirin.
4. Yatmazdan əvvəl mütləq ilıq su vannası qəbul etdirin.
5. Körpə yatan zaman ev daxilində ani dəyişikliklər etməyin. Qəfil yüksək səslə televizoru açmayın və ya ani hərəkət və davranışlar etməyin.
6. Dərin yuxuya getməsini izləyin. Bunu ağız və burun hərəkətlərindən anlayacaqsınız.
7. Gecə yatan zaman imkan daxilində sakit ab-havanı qorumağa çalışın.
8. Yuxusu gəldiyi zaman etdiyi bədən hərəkətlərini izləyin və anlamağa çalışın.
9. Gecə yatanda otağına aparın, işığı söndürün, lakin qapını bir az açıq qoyun.
10. Gecə paltarı geyindirin, lay-lay deyin və ya asta səsli musiqi dinlətdirin. Körpənin yuxuya getməsini bir mərasim formasına salsanız, onu yatmağa hazırlamış olacaqsınız, daha tez və dərin yuxaya getməsinə şərait yaradacaqsınız.
11. Körpənizi istəmədiyi bir şeyə məcbur etməyiniz və ya sərt hərəkətlər etməyiniz onu narahat edə bilər. Ona görə də yaşana biləcək anlaşılmazlıqları mütləq yuxudan əvvəl həll edin.
12. Ağlayaraq oyandıqda yumşaq bir formada danışaraq, sakitləşdirərək təkrar yatmasını təmin edin.
13. Evdəki ritualları çox tez-tez pozmamağa çalışın.
14. Körpələr yuxu nizamına çox tez alışırlar. Ona görə də rahat olun, onu heç nəyə məcbur etməyin.
15. Müşahidələrinizə əsasən yuxu saatlarını təyin edin. Bir təqvim yaradın. Lakin bu saatlar sizin istədiyiniz saatlar deyil, uşağın təbii bədən ritminin təyin etdiyi saatlar olmalıdır.