qizdirmanin-mualicesi

Qızdırmanı xalq təbabəti ilə necə aşağı salmaq olar?

Baxış sayı: 33. 663

Bir çox infeksiyon və soyuqdəymə xəstəlikləri qızdırmanın qalxması ilə müşahidə olunur. Qızdırmanın qalxması orqanizmin infeksiya ilə mübarizəsinə işarədir. Bu çox yaxşı haldır, çünki qızdırmanın qalxmaması immunitetin zəif olması deməkdir. Lakin qızdırmanın 39-40 dərəcəyə qalxması təhlükəlidir.

Apteklərdə müxtəlif qızdırmasalan dərman preparatları satılsa da, xalq təbabəti vasitələri effektivliyində geri qalmayıb, üstəlik mədə-bağırsaq üçün də təhlükəsizdir. Qızdırmanı salan hansı xalq təbabəti vardır?

Ən sadə xalq təbabəti soyuq kompres hesab olunur. Alnınıza odekolonlu və ya spirtli soyuq suda isladılmış pambıq parçadan kompres qoyun. Əgər uşağın qızdırması qalxmışdır spirtin əvəzinə çay ağacı yağı, evkalipt və ya ağ şam ağacı yağı damcısından istifadə etmək olar. Bu təbii yağlar buxarla birgə uşağın nəfəs borularına gedir ki, onlar soyuqdəyməyə qarşı xeyirlidir və antiinfeksiyon təsirə malikdirlər.

Yüksək qızdırma zamanı bədəni sirkə (alma və ya süfrə), spirt (uşaqlar üçün yarıbayarı su ilə qatılmalı) və yaxud sadə soyuq suda isladılmış dəsmal ilə silinmək olar. 3 yaşından kiçik uşaqları sərin suda isladılmış əskiyə bürümək olar. Effekt belədir ki, sirkə və spirt tez buxarlanan olduğundan buxarlanma zamanı bədən soyuyur və qızdırma düşür.

Qızdırmanı çoxlu maye qəbulu ilə də salmaq olar. Ən yaxşı effekt verən giləmeyvə kompotlarıdır. Bu kompotları isti-isti içmək lazımdır və yaxşı olardı ki, maye qəbulu yatmamışdan öncə baş versin və ya maye qəbulundan sonra yataq rejiminə riayət olunsun. Kompotu malina, qırmızı qarağat, itburnu və sair C vitamini ilə zəngin olan giləmeyvələrdən istifadə etmək olar. Tərləyərək qızdırmanız düşəcək və C vitamini immunitetinizi möhkəmləndirəcək. Əgər boğazınızda qaşıntı yoxdursa limon, portağal və qreypfrutdan da istifadə edə bilərsiniz. Qızdırmanı həmçinin bal və sarımsaqlı süd yaxşı salır. Həmçinin müxtəlif bitki çaylarından da istifadə edə bilərsiniz (zoğal, albalı və malina mürəbbəsi ilə).

Qızdırmanı aşağı salmaq üçün təbi müalicəvi bitkilərdən istifadə etmək olar – dalamazın yarpaq və güllərindən, gicitkən, kəndalaş gülündən, çökə çayından, itburnudan. Bilmək lazımdır ki, bunların istifadəsi zamanı qızdırma dərhal düşmür və tədricən təsir edir. Xüsusən bu vasitələr körpə uşaqlar üçün məsləhətlidir ki, onlara ağır dərmanların verilməsi arzu olunmazdır.

Tez sağalmaq üçün xəstənin olduğu otağın havası dəyişdirilməlidir, yataq və alt paltarları tez-tez dəyişdirilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir