Evlilik öncəsi stressdən qurtulmağın QIZIL QAYDALARI

Baxış sayı: 1. 455

Aşiq olursunuz və həyatı birlikdə paylaşmaq istəyib evlilik qərarına gəlirsiniz. Bura qədər hər şey gözəldir. Lakin bu qərarı qəbul etdikdən sonra bəzi şübhələr və pis duyğular baş qaldırır. Mütəxəssislər buna evlilik təlaşı deyirlər. Bu dövrdə yaşanan stress evliliyi davam etdirə bilmə narahatlığından irəli gəlir. Mütəxəssislər bunun yeni həyata başlamağın təbii və müvəqqəti çətinliyinin nəticəsi olduğunu deyirlər.

“Gencaile.az” Aile.lent.az-a istinadən türkiyəli psixoloq Merve Saraçoğlunun evlilik təlaşı ilə bağlı maraqlı araşdırması ilə sizi də tanış edir.

M. Saraçoğlu evlilik öncəsi sindromun evliliyə qədər olan müddətdə hazırlıqların sıxlığı, gərginlik və evliliyə psixoloji hazırlıqla bağlı yaşanan problemlərdən qaynaqlanan stressli dönəm olduğunu bildirir: “Evliliyi davam etdirə bilməyin narahatlığı, azadlığın bitməsi  düşüncəsi, vərdiş edilən nizam-intizam, həyat düzənindən yeni bir həyat tərzinə keçmək fikri və məsuliyyətlərin artması evlilik qərarına gələn cütlərdə müşahidə edilən stressin səbəblərindəndir. Ailə quran istənilən insan bu sualları bir dəfə də olsa özünə verir: görəsən doğru insan seçmişəm? Həyatımı bu insanla keçirə bilərəmmi? Bəlkə daha yaxşısı vardır? Bu cür sualların meydana gəlməsi normal və müvəqqəti bir haldır”.

İki fərqli həyat tərzinin bir evin içində birləşəcəyi, ailələrin çox müdaxilə etməsi, hazırlıq prosesinin gərgin keçməsi xüsusilə gəlinlərin özlərini daha stressli hiss etməsinə səbəb olur. Psixoloq bildirir ki, bu dövrdə hər iki tərəf üçün də evlilik mövzusunda qərarsızlıq ola bilər. Yaşanan stressin qarşısını almaq isə mümkündür. Sadəcə toya qədər olan vaxtdan düzgün formada istifadə edib stressin qarşısını almaq olar. Mütəxəssis bunun qızıl qaydalarını sıralayıb:

• Əvvəlcə bu vəziyyətin keçici və xoş bir hadisə üçün yaşandığını düşünün.

• Bu müddətdə nə istədiyinizə əmin olun və çalışın ki, qərarınızı dəyişməyəsiniz.

• Evli dostlarınızdan və ya ailələrinizdən toy və nikahla bağlı fikirləri ilə maraqlanın və onlardan kömək istəyin. Lakin başınızın sırf bu mərasimə qarışmasına da icazə verməyin.

• Cinsəllik daxil olmaqla, evliliklə bağlı hiss etdiyiniz bütün qorxularınızı tərəf müqabilinizə açıq-aydın danışın. Həll edilməsi mümkün olmadığını düşündüyünüz durumlarla bağlı mütəxəssisdən kömək almağa çəkinməyin.

• Bu müddətdə rahatlanmağınıza kömək olacaq iş və fəaliyyətlərinizə laqeyd yanaşmayın.

• Hər nə olursa-olsun yaşadığınız gərginlik və qarşılıqlı sevdiyiniz insanla həyatı paylaşacağınızı unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir