ders

Abituriyentlərə stress hansı formalarda təsir edə bilər? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 142

Qəbul imtahanı sadə prosesdir. Bizdə isə buna insanların taleyini təyin edən bir məsələ kimi yanaşırlar. Belə yanaşma abituriyentlərin stressə düşməsinə səbəb olur. Ona görə də tələbə olmaq istəyənlər çətin bilik yarışından qalib çıxmaqla yanaşı, həm də belə böyük stressi aradan qaldırmağı bacarmalıdırlar. Bir sözlə, məzun imtahana həm intellektual, həm də psixoloji cəhətdən hazır olmalıdır. Üstəlik, bu il qəbul imtahanlarının pandemiya dövrünə təsadüf etməsi abituriyentlərin həyəcanını ikiqat artırır.

Maraqlı suallar ortaya çıxır. Abituriyentlərə stress hansı formalarda təsir edə bilər? Qarşısını almaq üçün nələri etmək lazımdır?

Psixoloq Fuad Əsədovun sözlərinə görə, imtahanı düşünən kimi həyəcanlanırlar:

“Həyəcanlanmanın əsas səbəbi hələ də cavabını bilmədikləri suallarla bağlıdır. Düşübürlər ki, bunların hamısını öyrənib çatdırmaq lazımdır. Müddət isə azdır. Amma bu yalnış düşüncə tərzidir. Çünki onsuz da bilmədikləri mövzu hər zaman olacaq. Özlərini heç bir zaman hazır hiss etməyə bilərlər. Əksinə, bunları düşünərək həyəcanlana və bildiklərini də unuda bilərlər. “Bu stressin təsirindən necə qurtulmaq olar” məsələsinə gəldikdə, deyə bilərəm ki, abituriyentlər hər gün yatmazdan öncə 10 dəqiqə beyinlərində xəyal qursunlar. İmtahanın yaxşı keçəcəyini hər detalı ilə beyinlərində canlandırsınlar. Bu həm onların həyəcanını azaldacaq , həm də böyük ruh yüksəkliyi verəcək”.

Sonda qeyd edək ki, bu müddət ərzində valideynlərin övladlarına qayğı ilə yanaşması daha yaxşı olardı. Arzuolunmaz nəticə olacağı təqdirdə belə, onlara qarşı müəyyən cəza tədbirləri həyata keçirməsinlər. Abituriyenti psixologiyasına təsir göstərə bilən hadisələrdən, xəbərlərdən uzaq tutmaq lazımdır. Bu müddətdə abituriyentlər fizioloji problemləri ilə, yəni ürəkbulanma, tərləmə, soyuqdəymə və s. hallarla mübarizə aparmalıdırlar. Valideynlər onların səhhətinə daha çox diqqət etməlidir. İmtahan günü abituriyent rahat geyim geyinməlidir. Onlar ayaqlarını və bədənini sıxan ayaqqabı və paltardan imtina etməlidir. Məsləhətdir ki, qol saatından, başqa digər aksesuarlardan istifadə etməsinlər. İmtahana isə mütləq üzərində reklam yazısı olmayan buzlu su aparmaq lazımdır. Əvvəlcə daha yaxşı hazırlaşdığı fəndən başlasalar yaxşıdır. Bu zaman onlarda özünəinam yaranacaq. Sual kitabçasında hansı variantı yazıblarsa, cavab kartına da həmin an mütləq onu qeyd etsinlər. Amma əvvəlcə sualın cavabını düzgün yazdıqlarını ciddi yoxlasınlar. Belə etsələr, səhv cavabların qaralanması, sürüşdürmə kimi hallarla qarşılaşmayacaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir