Bu dəfə “Abşeron” tortunun hazırlanma qaydasını təqdim edirik:
Tərkibi:
xəmir:
0,5 st. əla növ buğda unu
5 yumurta
3/4 st. şəkər tozu
0,5 q vanil
200 q badam
krem:
2 x.q. kakao
200 q kərə yağı
8 x.q. qatılaşdırılmış süd
0,05 q konyak
Badamı qovurub təmizləyib döyün. Ələnmiş unla qarışdırın.
Yumurta ağını şəkər tozu ilə çalın. Un və badam qarışığına əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın. Perqament döşənmiş formalara töküb 3 korj bişirin.
Yumşaldılmış yağı qatılaşdırılmış südlə, konyak və vanil əlavə etməklə çalın.
Korjlar soyuyandan sonra aralarına krem çəkərək üst-üstə yığın. Tortun yanlarına badam səpin. Üstünə şokoladla xətlər çəkib, güllə bəzəyin, kənarına kremdən haşiyələr vurun.
Nuş olsun!
Mənbə: “Azərbaycan kulinariyası. Tortlar” kitabı, müəllif Tahir Əmiraslanov