Ac olanlar daha yaxşı fikirləşir

Baxış sayı: 1. 854

Hollandiyanın Utrext universitetinin alimləri bu qənaətə gəliblər.

Ekspertlər nümunə kimi kazinoda oynayan könüllülər üzərində aparılmış bir eksperimenti göstərirlər. Bu halda eksperimentdə iştirak edənlərin təhsil və tərbiyə səviyyəsini nəzərə alınmayıb. Alimlər eksperimentin iştirakçılarını iki qrupa bölərək onların azartlı oyunlar oynamasını təklif ediblər. Birinci qrupun üzvləri sınaqdan əvvəl yaxşıca səhər yeməyi yeyib, ikinci qrupun üzvləri isə kazinoya gedərkən səhər yeməyindən imtina ediblər.

Məlum olub ki, oyuna ac gedən könüllülər azartlı oyunların qaydalarının öhdəsindən daha yaxşı gəlir, daha az səhvə yol verir və düzgün qərarları daha tez qəbul edirlər. Eksperimentin təmizliyi üçün alimlər qrupların yerlərini dəyişərək təcrübəni təkrar ediblər. Bu dəfə də oxşar nəticə alınıb. (azertac)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir