Yalilər, əsasən Papua Yeni Qvineyada yaşayan bir tayfadır. Bununla birlikdə İndoneziyada da olan Yali qəbiləsi dünyanın ən qorxunc icmalarından biri kimi tanınır.
“Şərqdən gələn adam” mənasını verən Yali, adamyeyənliyi ilə tanınan tayfadır.
Uzaq Şərq ölkələri İndoneziya və Papua Yeni Qvineya dünyanın ən qəribə və ən təhlükəli tayfasına ev sahibliyi edir. Dünyanın qalan hissəsindən təcrid olunmuş şəkildə yaşayan Yalilər tayfası öz qaydaları və ənənələri ilə həyatlarını davam etdirirlər. Onlar coğrafi cəhətdən təcrid olunmuş formada yaşayırlar. Qəbilənin yaşadığı ərazi xaricə bağlıdır. Nə çıxış var, nə də giriş. Minlərlə ildir heç bir insanla təmas etmədən yaşayan Yali tayfası, zaman keçdikcə digər toplumlardan xeyli fərqləniblər. Yalilərin yaşadığı kəndlərə çatmaq üçün saatlarla piyada yol getməyə dözmək lazımdır. Çünki Yalilərin yaşadığı bölgələrə asfalt yol və ya hər hansı bir sivil nəqliyyat növü yoxdur. Hər şeyə kənardan təhlükə kimi baxan Yalilər, yaşadıqları bölgələrə gəlmək istəyənlər üçün də müxtəlif tələlər qururlar.
1960-cı ilə qədər İndoneziya hökumətinin belə çata bilmədiyi bir bölgədə yaşayan Yalilər, son 60 ildə müasirliklə qarşı-qarşıyadır. 1960-cı ilə qədər bölgə xalqının həyatı və tarixi haqqında demək olar ki, heç nə məlum deyil. Qəbilə haqqında bilinən ən əhəmiyyətli şey qonaqpərvər olmamalarıdır. Yalilər, dünyada qalan son yamyam (adam əti yeyən) qəbilələrindən biri kimi də tanınırlar. Amma bu da bir qədər müzakirəlidir. Bölgəyə çatmağı bacaranların araşdırmaları və müşahidələri göstərir ki, yalilər əcnəbiləri qəbul etmirlər, amma onlar adamyeyən deyillər. Bəzi tapıntılar hətta Yalilərin vegetarian olduğunu göstərir. Ancaq hər iki hal hələ də sübuta yetirilməyib.
Tapıntılar göstərir ki, yalilər son vaxtlara qədər müharibələrdə əsir götürdükləri düşmən tayfalarına mənsub olan insanları uzun müddət əsir saxlayırdılar və bu adamlardan bir daha xəbər alınmırdı. Tədqiqatçılar ehtimal edirlər ki, Yalilər müqəddəs günlərində əsir düşmənlərini qurban vermiş ola bilərlər. Məlum fakt budur ki, qəbilə üzvləri öldürdükləri insanların sümüklərini aksessuar kimi istifadə etməyi üstün tutur.