makaron

Adi yoqurtla ləzzətli makaronlar – qənaətli və dadlı resept

Baxış sayı: 469

Makaronlar – hər bir evin mətbəxində ən çox istifadə olunan qarnirlərdən biridir. Onlar həm doyumludur, həm də hazırlanması çox az vaxt və səy tələb edir. Bəs sadə makaronları fərqli və ləzzətli yeməyə çevirmək üçün nədən istifadə etmək olar? Əksəriyyət bu məqsədlə kərə yağı, pendir və ya souslardan istifadə edir. Lakin təcrübəli evdar qadınlar sadə bir məhsul sayəsində daha az xərclə möhtəşəm nəticə əldə edirlər.

 

Makaronları daha dadlı və qaymaqlı edən gizli inqrediyent – yoqurtdur!

Adi, şəkərsiz təbii yoqurt isti makaronlara əlavə edildikdə yeməyə xüsusi bir yumşaqlıq, turşməzə dad və kremli tekstura verir. Bu üsul həm sağlamdır, həm də ailə büdcəsini qoruyur.

 

Hazırlanma qaydası:

Makaronları adi qaydada duzlu suda qaynadın. Süzüb boşqaba əlavə etdikdən sonra üstünə 3–4 xörək qaşığı təbii yoqurt tökün. Yaxşıca qarışdırın ki, yoqurt makaronlara tam hopsun. İstəyə görə üzərinə az miqdarda sarımsaq tozu, qara istiot və ya xırda doğranmış göyərti də əlavə edə bilərsiniz.

Bu resept uşaqlar və böyüklər üçün həm faydalı, həm də ləzzətli nahar və ya şam yeməyi ola bilər. Üstəlik, əlavə xərclərə ehtiyac yoxdur – hər evdə tapılan sadə yoqurt bu işin öhdəsindən gələcək.

 

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir