paltar

Ağ paltarları neçə dərəcədə yuyaq? – XANIMLARA TÖVSİYƏ

Baxış sayı: 1. 747

Hazırda paltaryuyan maşınlar paltar yuma işini asanlaşdırsa da, onları fərqli dərəcələrdən istifadə etmək paltarlarınızın xarab olmasına səbəb ola bilər. Xüsusilə ağ paltarlarda bu problemə daha çox rast gəlinir.

Ağ paltarlar neçə dərəcədə yuyuylur, bu zaman nələrə diqqət edilməlidir?

Ağ paltarları yuyarkən bəzi məqamlara diqqət etmək lazımdır. Əks təqdirdə paltarlarınız zərər görər və ən sevdiyiniz köynəyinizi toz əsgisi kimi istifadə etmək məcburiyyətində qala bilərsiniz.

 

Ağ paltarlar neçə dərəcədə yuyulmalıdır?

Rəngli və kirli paltarlarınız yığıldısa, onları mütləq ayrı-ayrı yumaq lazım olduğunu unutmayın. İstifadə edəcəyiniz yuyucu vasitələr də fərqli növlərdə olmalıdır. Bu halda ağlarınız daha parlaq olacaq, rəngində hansısa bir dəyişiklik olmayacaq. Ağlar çirki daha çox göstərdiyi üçün 60-70 dərəcə arasında yuyulmalıdır.

Ancaq paltarlar fərqli olduğu üçün geyiminizin üzərində olan təlimat haqqında yarlığı oxumalısınız. Ağlarınızın üzərində ləkə varsa, ləkənin üzərinə birbaşa yuyucu vasitə töküb maşına qoya bilərsiz. Bu halda geyiminizin üzərindəki ləkələr asanlıqla çıxacaq.

 

Paltar yuyarkən nələrə diqqət etmək lazımdır?

– Parçanın növü: Paltar yuyarkən mütləq parçanın növünə diqqət etmək lazımdır. Məsələn kətan və sintetik parçadan olan geyimlər bir yerdə yuyulmamalıdır.

– Çox yuyucu vasitə istifadə etmək: Bu, paltar suyunun köpüklənməsinə səbəb ola bilər. Bu vəziyyətdə geyimlərinizin yaxa və boyun hissələrində köpük yığılıb qala bilər. Bu isə onların kirlənməsinə səbəb ola bilər.

– Zəncirbəndlərə diqqət: Geyimlərin zəncirbəndi mütləq bağlanmalıdır. Əks təqdirdə onun dişləri başqa geyimlərinizə zərər vura bilər.

– Düymələr: Köynəklərinizin və paltarlarınızın düymələrini açıq saxlayın. Yoxsa boşalıb düşə bilər.

– Paltaryuyan maşına qulluq: Yuyucu vasitələrin qalıntılarının ola bilməsi və digər problemlərin ortaya çıxmasını önləmək üçün paltaryuyan maşınınızı ildə bir dəfə usta nəzarətindən keçirməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir