seker

Ağ və qəhvəyi şəkər fərqlidirmi?

Baxış sayı: 531

Son zamanlar qəhvəyi şəkərin ağ şəkərdən üstünlüyü düzgün qidalanmanın tərəfdarları və qidalanma sahəsinin mütəxəssisləri tərəfindən müzakirə olunur. Bu barədə rusiyalı həkim Aleksandr Myasnikov da “Rossiya” telekanalında fikirlərini bölüşüb.

“Ən vacibi haqqında” verilişində aparıcı Aleksandr Myasnikov “Ağ şəkərin qəhvəyi şəkərdən daha çox kalorisi varmı?” sualına cavab tapmağa çalışıb.

Doktor Myasnikov kalorilərin sayında əhəmiyyətli bir fərq olmadığını, onların eyni kaloriyə malik olduğunu bildirib.O, qeyd edib ki, iki növ şəkər arasındakı fərq onun istehsalı üçün xammal mənbəyindədir. “Ağ çuğundurdan, qəhvəyi isə qamışdandır”,-deyə televiziya həkimi aydınlıq gətirib.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir