Yay aylarında evinizdə həşəratların varlığından dərin narahatlıq duyursunuz və onlara qarşı kimyəvi maddələrdən istifadə etmək istəmirsinizsə, təbii metodlara müraciət edə bilərsiniz. “Gencaile.az” xəbər verir ki, 6 bitkidən istifadə edərək evinizi həşəratlardan qoruya bilərsiniz.
Reyhan
Uzaqlaşdırdığı canlılar: ağcaqanad, qarakərə
Qoxusu hesabına bu həşəratları evdən uzaq saxlayan reyhanı qapı və pəncərələrin qarşısına, eyvana və yataq otaqlarınıza qoya bilərsiniz. Özünüzü ağcaqanad sancmalarından qorumaq istəyirsinizsə, reyhanı suda qaynadaraq soyumasını gözləyin. Daha sonra sprey formasında qabla bədəninizə həmin sudan sıxın.
Lavanda
Uzaqlaşdırdığı canlılar: güvə, ağcaqanad, qarakərə, birə
Lavanda geyimlərin və yataq dəstlərinin düşməni olan güvələrin əsl dərmanıdır. Bağçanızda gün şüalarının düşdüyü yerə lavanda əkin. Yaxud saxsı qablarda becərin pəncərələrinizin önünə düzün. İnsanlar üçün xoş qoxusu olsa da, həşəratlar bu bitkini heç sevmirlər!
Allium
Uzaqlaşdırdığı canlılar: yarpaq biti, ilbiz
Bağçanızda və eyvanınızda bitkilərinizə zərər verə biləcək həşəratlara qarşı allium istifadə edə bilərsiniz. Olduqca xoş görünüşə sahibdir.
Nanə
Uzaqlaşdırdığı canlılar: ağcaqanad, siçan, qarışqa
Quru formada yeməklərdə, təzə formada çaylarda və soyuq içkilərdə istifadə olunan nanə eyni zamanda həşəratların düşmənidir. Qoxusu ilə zərərli həşəratları evdən uzaqlaşdırır.
Limon otu
Uzaqlaşdırdığı canlılar: ağcaqanad, qarakərə
Evinizdə rahat şəkildə istirahət etmək, bağçanızın keyfini çıxarmaq istəyirsinizsə, mütləq limon otu əkin.