Nermine  Abbasova

Ağciyərlərinizin sağlamlığını gücləndirən 4 əsas tövsiyə

Baxış sayı: 429

Ağciyərlər bədənin oksigen alma və karbon dioksid atma funksiyalarını yerinə yetirən həyati orqanlardır. Onların sağlamlığı isə bədənin ümumi funksiyalarını birbaşa təsir edir. MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi, terapevt və ailə həkimi Nərminə Abbasova, ağciyər funksiyalarının qorunması üçün bir sıra faydalı tövsiyələr verir.

1) Siqaretdən uzaq durun: Ağciyərləri qorumağın ən yaxşı yolu

Siqaret, ağciyərlərin ən böyük düşmənidir. Tütün məmulatlarının istifadəsi, ağciyər xəstəliklərinin yaranmasına səbəb ola bilər. Nərminə Abbasova, siqaretin ağciyər sağlamlığına təsirini belə şərh edir:

“Siqaret çəkmək, tənəffüs yollarını daraldır, ağciyərlərin funksiyasını zəiflədir və bronxit, astma kimi xəstəliklərin inkişafına səbəb olur. Siqareti tərk etmək ağciyər sağlamlığını qorumağın ən təsirli yoludur.”

2) Fiziki aktivlik: ağciyərlərin sağlamlığını gücləndirmək

Ağciyərləri gücləndirən ən yaxşı vasitələrdən biri müntəzəm fiziki fəaliyyətə qatılmaqdır. Nərminə Abbasova, nəfəs alma qabiliyyətini yaxşılaşdıran fiziki hərəkətləri tövsiyə edir:

“Ağciyərlərin sağlamlığını qorumaq üçün müntəzəm fiziki fəaliyyət vacibdir. Gündəlik gəzintilər, qaçış, üzgüçülük və digər aerobik məşqlər ağciyərlərin funksiyasını yaxşılaşdırır. Həmçinin, nəfəs məşqləri və yoga da ağciyər kapasitesini artırmağa kömək edir.”

3) Təbiətə yaxın olun: Havanı təmiz saxlayın

Ağciyərləri qorumaq üçün təmiz hava mühüm rol oynayır. Ətraf mühitin çirklənməsi ağciyər xəstəliklərinin yaranmasına səbəb ola bilər. Nərminə Abbasova təmiz havanın əhəmiyyətini belə vurğulayır:

“Təbiətə çıxmaq və təmiz hava almaq ağciyərlərin sağlamlığını dəstəkləyir. Hər gün açıq havada zaman keçirmək, xüsusilə şəhər içində yaşayan insanlar üçün vacibdir. Eyni zamanda evdəki havalandırma sistemini düzgün işlətmək, havadakı zərərli maddələrin qarşısını alır.”

4) Qidalanma: Ağciyər sağlamlığını təmin etmək

Sağlam qidalanma ağciyərlərin qorunmasında əhəmiyyətli rol oynayır. Antioksidantlarla zəngin qidalar, məsələn, meyvələr, tərəvəzlər, yaşıl çay ağciyərlərin sağlamlığını dəstəkləyir. Nərminə Abbasova bu mövzuda belə deyir:

“Qidalanmada antioksidantlar ilə zəngin qidalar seçmək ağciyərləri qorumağa kömək edir. Tərəvəzlər, meyvələr, xüsusilə pomidor, portağal və kivi ağciyərlərin güclənməsini təmin edir.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir