Deyilənə görə, kişilər nə qədər ağıllı olarsa, onların xəyanət etmə ehtimalları da bir o qədər aşağı olar. Ağıllı qadınlarmı daha təhlükəlidir, yoxsa ağıllı kişilərmi? Uzun illər aparılan araşdırmalara baxmayaraq, bu sualın konkret cavabı hələ də tapılmayıb.
Londonun İqtisadiyyat İnstitutunun tədqiqatçıları bu mövzu üzərində maraqlı araşdırma aparıb. Onların fikrincə, kişi və sədaqət sözü bəlkə də yer üzündə bir-birinə qətiyyən “sinonim” olmayacaq qədər uzaq anlayışlardır.
“Heç xəyanət etmisinizmi?” sualına çox güman ki, əksəriyyət kişilər gülərək cavab verir. Belə mövzularda kişinin gülüşü təsdiq edirəm mənasına gəlir. Şərq ölkələrində yaşayan kişilər poliginiyaya daha çox meyilli olsa da, “sarı qitə”nin kişiləri də xəyanət mövzusunda heç də geri qalmır.
Bəs poliginiya nədir? Yunan sözü olub “polys”- çoxsaylı, geniş, “gamos”- nikah deməkdir. Bu bir fərdin ikidən artıq əks cinsin nümayəndəsi ilə eyni vaxtda nikahda olmasıdır. Bu anlayışın iki forması var: poliginiya və poliandriya. Poliginiya bir kişinin eyni zamanda bir neçə qadınla nikahda olması, poliandriya isə bir qadının eyni zamanda bir neçə kişi ilə nikahda olması deməkdir. Poliandriya bəzi cəmiyyətlərdə olsa da, çox da yayılmamışdır. Ən çox yayılmış poliginiyadır ki, bunun da səbəbi cəmiyyətlərin tarix boyu patriarxal olmasıdır.
Tədqiqatçılar düşünür ki, ola bilməz ki, bütün kişilər qısa ətəyin qurbanı olsun. Təkamül prosesi kişilərin beynində fərqli fikirlər formalaşdırır. Kişilər qadınlarla cinsi münasibətlər zamanı stresdən uzaq olub başqa aləmə düşürlər. Lakin bu faktlar ağıllı və karyera sahibi kişilərə şamil olunmur.
Britaniyalı psixoloqların fikrincə, bu axına yalnız yüksək intellektli kişilər qoşulmur. Ağıllı kişilər sədaqətlı olur. Onların beyni bütün cinsi istəklərə baxmayaraq, bu addımın ikili münasibətlərə ağır zərbə vurmasını alqılayır.
Amma unutmaq olmaz ki, xəyanət edən və etməyən bütün kişilər təmiz məhəbbətin köləsidir.