Texnologiya inkişaf etdikcə, insanlar istehsal olunan məhsulların da daha keyfiyyətli və uzunömürlü olacağına ümid edir. Amma qloballaşan dünyada hər şey bunun əksini göstərir. Zəmanət müddəti yeni bitsə də, xarab olan paltaryuyan maşınlar, soyuducular, televizorlar; möhkəm görünsə də, birdən-birə xarab olan və təmirinin, hissə dəyişikliyinin yenisinin qiymətindən daha baha olan printerlər, mütəmadi edilən yenilənmələrdən sonra iki ildə artıq yeni çıxan heç bir proqramı düzgün işlədə bilmədiyi üçün sıradan çıxan “ağıllı” telefonlar; ilk geyinmədə süzülən corablar; bir il belə dözməyən ayaqqabılar – bütün bunlar “həyatımızın acı həqiqətləri”dir.
Yəqin ki, daha yaşlı insanlardan əvvəllər məhsulların gec xarab olması barəsində eşitmisiniz. Onlar həqiqətən də haqlıdırlar. Çünki kommunist rejimlə idarə olunan sovet ölkələrində vəziyyət tamamilə fərqli olub. Yoxsulluq səbəbindən Sovet dövründə ucuz və keyfiyyətli məhsullar istehsal edilib və iqtisadiyyat kapitalist dünyadakı kimi istehlakdan asılı olmayıb.
1. Bir lampa neçə il işləyir?
Hesab edirik ki, heç kimin ağılına 114 il demək gəlməz. Ancaq ABŞ-ın Kaliforniya ştatında Livermore Xilasetmə Şöbəsinə hədiyyə edilən lampa düz 114 yaşındadır. Bu lampa 1903, 1937 və 1976-ci illərdə baş vermiş elektrik kəsintiləri istisna olmaqla, heç vaxt sönməyib. Əlbəttə, burada 114 ildə yalnız 3 dəfə elektrikin kəsilməsi də ayrı bir yazı mövzusudur.
2. Lampanın Sirri və planlı köhnəltmə anlayışı
Alimlər lampanın sirrini ortaya çıxara bilməyiblər. Lakin səbəbinin planlı köhnəltmə deyilən anlayışla əlaqədar olduğu güman edilir. Planlı köhnəltmə məhsulun müəyyən müddət istifadə edilməsindən sonra, funksiyasını itirməsidir. Bunu edənlər məhz istehsalçı firmalardır. Çünki məhsula ehtiyacı olan adam mağazalardan məhsulu tədarük edir. Məhsul müəyyən zaman sonra sıradan çıxdıqda, istehlakçı bu məhsulu yenidən almaq məcburiyyətində qalır. Bu da istehsalçının gəlirinin artmasına səbəb olur.
3. “Planlı köhnəltmə haradan qaynaqlanır?” sualının cavabı keçmişdə gizlənir
- Dünya müharibəsindən sonra ard-arda yaşanan böhranların qərb iqtisadiyyatlarını çöküş nöqtəsinə gətirməsi, dövlətləri iqtisadi sahədə struktur dəyişikliklər reallaşdırmağa məcbur edir. İqtisadiyyatın çarxı fırlanmır, işsizlik inanılmaz səviyyəyə qalxırdı. İqtisadçılar “tələb çatışmazlığını” kimi izah edərək, insanları aldatmağa çalışdığı, amma əslində isə həddindən artıq istehsal böhranı olan 1929-cu il böhranı ilə birlikdə həll yollarının axtarılması sürətlənməyə başladı. “Tələb çatışmazlığı”nı aradan götürmək üçün ictimai və fərdi xərcləri artıracaq siyasət tətbiq olunmağa başlandı.
4. Axtarılan cavab 1932-ci ildə tapılır
Amerikalı iqtisadçı Bernard London Böyük Depressiyadab sonra iqtisadiyyatın dözümlü olması üçün hər məhsulun ömrünün qanunla təyin olunmasının lazım olduğunu təklif edən bir məqalə nəşr etdirir. Beləliklə də, insanlar daima satınalmaya təşviq ediləcək, “tələb çatışmazlığı” problemi bu yolla “həll ediləcəkdi”. İqtisadiyyatın çarxlarının dönməsi tələbin artması ilə birlikdə təmin edildikdən, sonra işsizlik problemi də aradan qalxacaqdı.
Bu təklif Londonun təklif etdiyi formada qanun gücüylə həyata keçirilə bilməyəcəkdi, amma böyük şirkətlər növbəti illər ərzində qanunlardan daha təsirli yollarla bunun reallaşmasını təmin etdilər.
5. London başladı, Vance Packard davam etdi
1960-ci ildə Vance Packardın qələmə aldığı “The Waste Makers” kitabında isə yazıçı bu anlayışı iki şəkildə izah etmişdir: Funksiyaların köhnəldilməsi və Arzuların köhnəldilməsi. Arzuların köhnəldilməsi, psixoloji köhnəltmə olaraq də izah edilir. Bu anlayış daha çox dəb və trend cəhətdən məhsulların müştərilərin zehinlərində köhnəlməsi ilə eyni şeydir. Hər il yenilənən smartfonları almaq arzusu da buna ən bariz nümunədir.
6. 100 il işləyən lampa iqtisadiyyatı məhv edər!
110 ildən uzun müddətdir işlək qalan lampanın mövcud ola biləcəyi artıq məlumdur. Qısası, qəbul etmək nə qədər çətin olsa da, 100 il əvvəl istehsal olunan lampalar bu günkündən çox daha dözümlü idi.
20-ci əsrin əvvəllərində istehsal olunan lampaların istifadə müddəti 2500 saata yaxın idi. Lakin daha sonralar transmilli şirkətlər bir yerə gələrək, kartel yaratmış və lampanın istifadə ömrünü qısaltmaq üçün uzun müddətli bir fəaliyyətə başladılar. “Phoebus karteli” deyilən bu qurum yavaş-yavaş lampaların ömrünü qısaldaraq 1940-ci ildə hədəflədikləri müddətə – 1000 saata saldılar.
7. Planlı köhnəltmə metodları hansılardır?
Texnologiya firmaları uzun müddət sonra bazara çıxaracaqları məhsulları əvvəlcədən dizayn edir və ən aşağı keyfiyyətlilərindən başlayaraq, müəyyən mərhələlərlə ard-arda bazara çıxarırlar. Beləlikdə də, bazara çıxarılan hər yeni məhsul, daha əvvəlki məhsulu daha ixtisassız, yeni ehtiyacları qarşılamaqdan məhrum və dəbdən düşmüş edir.
8. Planlı köhnəltmə necə həyata keçirilir
Sistem iki təməl ünsürlə əlaqəlidir:
Məqsədli şəkildə: məhsuldarlığın planlı olaraq qarşısının alınması yoluyla, məhsulun istifadə edilməz hala gətirilməsi.
Bilavasitə: İstehsalda əlavə xərclərdən azad olmaq və müştərilərin sadiqliyini təmin etmək üçün, keyfiyyətsiz vəsait/ucuz layihə yoluyla mənfəət əldə edilir. Məsələn, Elektron mühafizə üçün plastikin istifadə edilməsi həm firma, həm də istehlakçı üçün ucuzluq deməkdir, lakin bu vəsaitin dözümlülüyü, nümunə vermək lazım olsa, çox bahalı olan titan metalına müqayisədə azdır.
9. Planlı köhnəltmə növləri (Sistematik köhnəltmə)
Sistematik köhnəltmə: Vaxtaşırı olaraq məhsulların daha yaxşı versiyalarının çıxarılması və yeni məhsulun köhnəsinə nisbətən üstünlüklərinin vurğulanması ilə həyata keçirilir. Proqram bazarında bu hal tez-tez müşahidə edilməkdədir.
Stil köhnəltməsi: Məhsul dizaynının mütəmadi olaraq yenilənməsiylə tətbiq edilir.
Bildiriş köhnəltməsi: Bu üsul nadir hallarda istifadə edilir. Firmalar məhsullarına rəqəmsal üsullarla əlavə etdikləri və müəyyən qədər istifadənin sonunda xəbərdarlıq verərək, məhsulun dəyişdirilməsinin lazım olduğunu söyləyən sistemlər vasitəsiylə aparılır.
İstehlak edərək köhnəltmə: Bu tip köhnəltmə, məhsulun çalışması üçün əlavə bir başqa məhsula ehtiyac duyduğu hallarda reallaşır. Nümunə olaraq kompüter printerlərinin kartriclərini göstərə bilərik.
10. Artıq bütün bunları sorğulamaq vaxtıdır
Necə istehlaka məruz edilərək, soyulduğumuzu artıq dərk edə bilirik. İndi özünüzə soruşmanız lazım olan sual budur: “Bir neçə ildə sıradan çıxan kompüterlərimiz, cib telefonlarımız, müxtəlif elektron alətlərdən ibarət nəhəng zibil yığınları hara gedir?” Əlbəttə buxarlaşıb yox olmurlar. İnkişaf etmiş ölkələrdəki bu zibillər dünyanın müxtəlif yoxsul bölgələrinə göndərilir. Onlar yoxsul ölkələri zibilliyə çevirərək bu dərddən xilas ola bilirlər. Məsələn kompüter hissələri və elektron sxemlərin tullantılarının çox böyük qismi Qana’ya ikinci əl məhsul deyə “ixrac” edilir.
Əslində millətlərarası müqavilələrə görə, elektron zibilliklərin daşınması qadağandır. Lakin ikinci əl məhsul olaraq göndərildikdə belə problem olur. Bu da bir cür mədəni hiyləgərlikdir.
11. Qana’lı uşaqlar sizə minnətdardır!
Beləcə istifadə edilə bilməz vəziyyətdəki bu ikinci əl məhsullar atıldıqları yerləri zibil dağlarına çevirərək tam mənasıyla bir təbiət təxribatına səbəb olurlar. Qana’nın bir çox bölgəsində çay yataqları kimi təbii sahələr bu zibillər ucbatından geri qayıtmayacaq şəkildə ziyana uğrayacaqdır. O bölgələrdə yaşayan insanların dolanışıqlarını təmin etdikləri balıqçılıq kimi fəaliyyətlər də məhv olduğu üçün insanlar daha da yoxsullaşırlar. Bu vəziyyət yalnız Qana üçün aktual deyil.
12. Siz istifadə edib atsanız da, planet bunu edə bilmir
Planetimiz günü-gündən daha da çirklənir. Bu çirklilik ucbatından təbii qaynaqlar istifadə edilməz hala gəldiyi kimi, milyardlarla insanın həyatı da risk altına girir. Aclıq, susuzluq, epidemiya xəstəlikləri təhdidi bəlkə bu gün sizin qapınızda deyil. Amma ilanın 1000 il yaşamasına icazə versəniz, o sizi də bir gün mütləq ziyarət edəcək.
İstehlak vərdişlərimizi tezliklə dəyişdirmək lazımdır. Amma təkcə bu da kifayət deyil. Yuxarıda sizə, böyük şirkətlər tərəfindən necə soyulduğunuzu və istehlak vərdişlərinizin necə manipulyasiya edildiyini göstərməyə çalışdıq. Bir lampa 110 il işləyə bilir. Əgər istəsələr, həyatlarımızın dəyişilməz bir hissəsi halına gələn bütün digər məhsullar da o qədər işləyər. Daha ağıllı istehlak ümidiylə