agiz qoxusu

Ağız qoxudan azad olmaq üçün 4 üsul

Baxış sayı: 1. 613

Ağız nahiyəsindən gələn pis qoxunun sizi və ya ətrafınızdakıları narahat etməməsi üçün,  necə bir diş fırçası seçmək, ağızı nə ilə təmizləmək və nə ilə qidalanmaq lazım olduğu haqqında bu məqaləmizdə sizə məlumat verəcəyik.

 

Düzgün diş fırçası seçin

Supermarket rəflərində rast gəlinən cürbəcür fırçaların sayından adam itə də bilər.  Başlığı kiçik və yumşaq, tükləri isə çox olan fırça seçin. Başlığın kiçik ölçüsü çətin əlçatan sahələrə çatmağa imkan verəcəkdir (deyək ki, uzaq yerləşən dişlərə), fırçanın tüklərinin çoxluğu isə – onları lazımi dərəcədə təmizləməyə kömək edəcəkdir. Yadda saxla, – sənin məqsədin tək dişlərdə olan çirki deyil, həmçinin dişlərin arasında olan və damaqlara yaxın olan yerləri də təmizləməkdir – çünki məs burada yemək qalıqları yığılır və ağızdan gələn pis qoxuya səbəb olur.

 

Tərkibində ftor olan diş pastası alın

Ftor — diş emalını möhkəmləndirən maddədir və tərkibində ftor olan diş pastası sizin dişlərinizin sağlamlığını uzun müddət qorumağa imkan verəcəkdir. Demək olar ki, bütün diş pastalarında o vardır, bu səbəbdən də seçim etməyə sizə çox vaxt lazım olmayacaqdır. Sağlam dişlər isə – sağlam ruh deməkdir.

dis

 

Daha da çox göyərti yeyin

Təzə təravətli göyərti – cəfəri, reyhan, şüyüd və mağazada tapacağınız hər bir şey – ağızdan gələn pis qoxu ilə çox yaxşı mübarizə aparır. Məsələn, reyhanın tərkibində olan polifenollar, ziyanverici bakteriyalar ilə əla mübarizə aparırlar. Xlorofill – bitkiləri yaşıllaşmağa vadar edən piqment – pis qoxuya səbəb olan birləşmələri özünə hopdurur.

 

Dil üçün ərsin gəzdirin

Alimlər dəfələrlə sübut ediblər ki, ağızdan gələn pis qoxuya cavabdehlik daşıyan bakteriyaların əksəriyyəti ( 40 -70 % -dək) elə dil üzərində yaşayırlar. Təəsüf ki, adi diş fırçası burada kömək edə bilməyəcəkdir. Ərsindən istifadə edin – o daha effektivdir.


Diqqət: Əgər siz hər şeyi yuxarıda yazıldığı kimi edirsinizsə, lakin bunun effektini görmürsünüzsə, o zaman qastroenteroloqa müraciət edin – çox güman ki, ağızdan gələn pis qoxu maddələr mübadiləsinin pozulması ilə bağlıdır. 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir