derman

Ağrıkəsici koronavirusun müalicəsində istifadə olunacaq – ARAŞDIRMA

Baxış sayı: 1. 107

İngiltərədə COVID-19 xəstəliyinin müalicəsi ilə bağlı aparılacaq sınaqda “İbuprofen” dərmanının xüsusi formasından istifadə olunacaq.

Paytaxt Londondakı “Guy’s” və “St Thomas” xəstəxanalarının İmperial Kolleci Xəstəxanasının mütəxəssisləri dərmanın COVID-19 xəstələri üzərində effektivliyini müşahidə edəcək.

“Liberate” (sərbəstləşdirmək) adı verilən sınağa qatılanlara dərmanın aptekdən asan əldə edə biləcəkləri forması veriləcək.

Qeyd edək ki, sözügedən preparat ağrıkəsici və antiinflamatuar kimi istifadə olunur. Daha əvvəl heyvanlar üzərində aparılan sınaqlar “İbuprofen”in kəskin tənəffüs çatışmazlığı sindromunun müalicəsində istifadə oluna biləcəyini ortaya çıxarmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir