Qidalanma, geyimlər və oyuncaqlar uşaqları körpəlikdən ən çox əhatə edən və onların təmasda olduqları detallardır. Uşaqların qida və geyimləri qədər hansı oyuncaqlarla oynamalı, hansılardan uzaq durmalı olduqları valideynləri düşündürən ilk suallardan biri olmalıdır.
Günümüzdə uşaqların daha çox telefon və planşetlərdə oyun oynamasına baxmaaraq fiziki oyunlarla da məşğul olmağa həvəsi olanlar da az deyil. Xüsusilə də oyun qəhrəmanlarının oyuncaqları və onların əşyaları ilə oynamaq istəyənlər istər qız, istərsə də oğlan olaraq kifayət qədərdir.
Bundan başqa, marketinqin uşaqların diqqətini cəlb edə biləcək hər şeyin satışa oyuncaq formasında çıxarması da var. Hər ölçüdə, hər çeşiddə, hər rəngdə və formada olan oyuncaqlar uşaqların diqqətini çəkir.
Bəs uşaqlarımız həm zehni, həm də fiziki sağlam olmaları üçün hansı oyuncaqlarla oynamalıdır? Nəzərə alsaq ki, uşaq geyimləri də, qidaları da, eləcə də oyuncaqları da heç də ucuz deyil və bu zaman ailələr haqlı olaraq oyuncaq büdcəsini ayırarkən qənaət etməli olurlar.
Lakin qənaət etmək üçün uşaqlara ucuz olduğu üçün keyfiyyətsiz və müxtəlif xəstəliklərin yaranmasına səbəb olan qeyri-sağlam oyuncaları da almaq olmaz.
Bəs yaxşı, az büdcə ilə necə keyfiyyətli oyuncaq almaq olar ki, uşaq həm fiziki, həm də zehni olaraq sağlam qalsın və inkişaf etsin.
Araşdırmalarıma əsasən deyə bilərəm ki, istənilən keyfiyyətli oyuncağın qiyməti orta statistik ailə üçün yuxarı olduğundan ortalama büdcə ilə uşaqlarınıza taxtadan hazırlanan mənntiqi təfəkkürün inkişafında rolu böyük olan oyuncaqlar daha tövsiyyə olunandır.
Bundan əlavə, cizgi film və nağıl qəhrəmanlarının keyfiyyətsiz məhsuldan hazırlandığı üçün ucuz olan oyuncaqları fiziki cəhətdən sağlamlığa ziyan vurmaqdan əlavə uşaq psixologiyasına da ciddi təsir göstərir.
Belə ki, bu oyuncaqların üz ifadələri uşaqlar tərəfindən təqlid olunur və başqlarına da bu ifadə ilə yanaşdıqları zaman aqressiv reaksiyalar ilə qarşılaşa bilirlər.
Ruzanna Bəşirova
Xərclər üzrə konsultant