internet

Ailə dağıdan yeni problem: Cütlüklər birlikdə çəkdirdiyi fotonu paylaşarsa… – FOTOLAR

Baxış sayı: 1. 733

Hər dövrdə ailədaxili problemlər mövcud olub. Qısqanclıq, evsizlik, maddi çətinliklər, xasiyyət uyğunsuzluğu və s. cütlüklər arasında narazılıq yaradıb. Son illər ailədaxili problemlərin daha bir səbəb sosial şəbəkələrdir.

Daha doğrusu, cütlüklərin öz səhifələrində foto paylaşması, xüsusilə kişilərin xanımları ilə birgə çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşməsi ailə böyüklərinin xoşuna gəlmir və ailələrdə mübahisələr yaşanır.

 

Bəs, kişilərin xanımları ilə foto paylaşmasının qınanması nə dərəcədə düzdür? Ailə böyükləri bu məsələyə qarışmalıdırmı? Həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələrin istifadəsi necə tənzimlənməlidir?

 ferqane Mehmanqizi

Psixoloq Fərqanə Mehmanqızı bildirir ki, insanlar bu cür problemləri ailə fərdlərinin xasiyyətinə uyğun tənzimləməlidir: “Cütlüklərin fotolarının qısqanılmasına və ailədaxili problemlər yaratmasına şahid olmamışam. Bu cür hallar yolverilməzdir. Sosial şəbəkədə hər kəsin şəxsi profili var və onlar öz səhifəsinə istədiyi şəkili yükləməkdə sərbəstdir. Fotoya görə yaradılan problemlər danışılaraq həll edilə bilər. İnsanlar öz ailəsinin xarakterinə bələddir. Ailə böyüklərinə gəldikdə isə bəzi şəkillər onların xoş gəlməyə bilər. Çünki nəsil, dövr  fərqli var. Gəncə normal görünən foto yaşlıya mənfi təsir bağışlaya bilər. Ona görə də həll yollarını da cütlüklər özləri yaxşı bilir, onların fotolarının ailə dağıdacağını düşünmürəm. Bu cür problemlər olmasın deyə gənclər daha diqqətli ola bilərlər. Əgər cütlüyün birlikdə foto paylaşması ailə böyüyünə xoş deyilsə, onları dostluğa qəbul etməsinlər, bir-birilərini izləməsinlər”.

 Ehmed Qesemoglu

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, şəbəkələrdən ictimai rəyə görə istifadə etməliyik: “Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələri tənqid etməklə iş keçmir. Şəbəkələr bəzən bizə işlərimizdə kömək edir. Əslində gözəl vasitədir. Mənim tez-tez istifadə etdiyim bir söz var ki, internet ilan zəhəri kimidir. Az istifadə edəndə şəfa olur. Çox istifadə ediləndə öldürür, yəni ziyanlıdır. Biz şəbəkələrdən köməkçi vasitəsi kimi istifadə etməliyik. O həyatımızın mənası deyil. Öz həyatımızda konkret hədəflərimiz, işlərimiz var. Sosial media Almaniyada bir cür, Danimarkada bir cür, Türkiyədə bir cür istifadə edilir. Bu o demək deyil ki, kimdənsə nümunə götürməliyik. Şəbəkələrdən ictimai rəyə görə istifadə etməliyik. Şəbəkələrin həyatımızda problem yaratmağına imkan verməməliyik. Hər kəs paylaşdığı fotoda, statusda ictimai qınağı nəzərə almalıdır. Təəssüf ki, insanlar deyir ki, başqasının fikri bizə önəmli deyil. Bu yanlış mövqedir.  İnsan sosial varlıqdır, cəmiyyətdə mövcuddur. Öz ətrafında gərginlik yaratması doğru deyil. Ölkəmizdə sosial şəbəkədən istifadə mədəniyyətini formalaşdırmalıyıq. Ailə də kiçik cəmiyyət olduğu üçün ailə fərdlərinin fikirləri də bizə maraqlı olmalıdır. Onları heçə saya bilmərik”.

 

Könül




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir