Ailə insanın ilk sosial mühitidir. Uşaqlar davranış, ünsiyyət və emosional münasibətləri ilk olaraq ailədə öyrənirlər. Ailə daxilində ünsiyyətin keyfiyyəti uşaqların psixoloji inkişafına, özünüifadə bacarığına və gələcək münasibətlərinə birbaşa təsir göstərir.
Ünsiyyət problemlərinin əsas səbəbləri
Eşitməmək və diqqətsiz dinləmə – Valideynlər çox vaxt uşaqların danışdıqlarını sona qədər dinləmədən nəticə çıxarırlar. Bu isə uşaqlarda anlaşılmama hissi yaradır.
Sərt tənqid və cəza – Tez-tez qınanılan və cəzalandırılan uşaq özünü güvənlə ifadə edə bilmir.
Valideynlər arasında konflikt – Ana-ata arasında mübahisələrin çox olması uşaqlarda gərginlik və aqressiv davranış yaradır.
Ailə yanaşmaları və uşağa təsirləri
Laqeyd və qeydsiz ailə yanaşması
- Valideynlər həddindən artıq rahatdır, uşaq məsuliyyətdən qaçmağa meyillidir.
- Ana və ata uşağa nümunə ola bilmir.
- Daha çox çoxuşaqlı ailələrdə görülür.
- Uşaq eqoist və ərköyün böyüyür, dost çevrəsindən kənarlaşdırıla bilər.
- Diqqət çəkmək üçün şişirdilmiş davranışlar nümayiş etdirir.
- Rol model görmədiyindən başqa nümunələr axtarır.
- Yeniyetməlikdə dostlara meyl edir, zərərli vərdişlər qazanmaq riski yüksək olur.
Qoruyucu ailə yanaşması
- Təzyiqçi ailəyə bənzəsə də, intizamdan çox şəfqət və qoruma instinkti üstünlük təşkil edir.
- Uşağa həddindən artıq nəzarət və qayğı göstərilir.
- Əksər hallarda ananın yanaşması bu formada olur, emosional təkliyin təsiri var.
- Uşağın öz etməli olduğu işləri belə valideynlər görür (yemək yemək, saç daramaq, hamam və s.).
- Uşaqda həddindən artıq duyğusallıq formalaşır.
- Asılı şəxsiyyət inkişaf edir, müstəqillik qazanmaq çətinləşir.
- Yetkinlik dövründə belə valideyn asılılığı davam edə bilər.
Səbəbsiz ailə yanaşması
- Daha çox gənc valideynlərdə və ilk uşağın böyüdülməsində müşahidə olunur.
- Valideynlər zamanla öz yanaşmalarını dəyişir, amma bu dəyişiklik uşağa qarışıq təsir edir.
- Çox vaxt ata avtoritar, ana isə qoruyucu olur.
- Uşağın valideyn sevgisi qarışıq və qeyri-sabit formalaşır.
- Şəxsiyyət problemi olan (əksik və ya zəif xarakterli) xüsusiyyətlər inkişaf edə bilər.
- Diqqət və konsentrasiya problemləri tez-tez rastlanır.
- Uşaq valideynlərdən birini seçməyə meyl edir.
- Yalan danışma vərdişi daha çox olur.
Tolerant ailə yanaşması
- Ən ideal ailə modelidir. Mükafat və cəza yerində və balanslı tətbiq olunur.
- Hər kəsin söz haqqı var, duyğu və fikirlərə hörmət edilir.
- Uşaq özünü sərbəst ifadə edə bilir.
- Həddindən artıq azadlıq deyil – qaydalar izah olunur və tələb olunur.
- Səbir və davamlılıq tələb edən yanaşmadır.
- Uşaqlar özünəinamlı, yaradıcı və hobbi sahibi böyüyür.
- Şəxsiyyət problemi olan və davakar davranış az görülür.
- Bəzən valideynə hörmətdə yüngül boşluqlar ola bilər.
Uşaqlarda görülən problemlər
- Masturbasiya
- İmtahan stresi
- Telefon asılılığı
- Cinsi tərbiyə
- Yemək pozuntuları
- Köçmənin təsirləri
Ailənin uşaq üzərində təsiri
Ailənin davranış tərzi uşağın şəxsiyyətinin formalaşmasında birbaşa rol oynayır. Uşağın sosial münasibətləri, özünəinamı, təhsil uğurları və gələcək həyatı valideyn yanaşması ilə sıx bağlıdır.
Gülnarə İbişova
Psixoloq, hipnoterapevt