aile

Ailə həyatındakı ünsiyyət problemi – “EVLİSƏN”

Baxış sayı: 1. 252

Ailədə danışmamaq və ya ünsiyyət problemi ilə daha çox qadınlar qarşılaşsalar da, bəzən bu problem kişilərdən də yan keçmir. Əgər sizin də həyat yoldaşınız evə gələndə danışmamağa üstünlük verirsə və ya sizin verdiyiniz suallara başı ilə cavab verirsə, deməli, siz də bu problemi yaşayanlardansınız. “Gencaile.az” saytının “Evlisən” rubrikasında məhz bu problemdən bəhs edəcəyik.

evlilik

Bəzi qadınlar danışmağı sevmədikləri üçün həyat yoldaşlarının bu münasibäti onları çox da narahat etmir. Ancaq həyat yoldaşı ilə danışmaq ehtiyacı hiss edən qadınlar üçün bu, çox ciddi bir problemə çevrilir. Xarakter etibarı ilə ünsiyyətə meyilli olan qadınlarda isə bu problem özünü daha kəskin şəkildə büruzə verir.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu problem təkcə qadınların problemi deyil. Bəzən kişilər də həyat yoldaşları danışmadıqları üçün şikayət edirlər. Təbii ki, bu, ilk növbədə, ailədə tərəflərin təcrid olunmasına gətirib çıxarır. Bu isə evlilikdə ciddi çatların meydana gəlməsi ilə nəticələnir.

AILE

Bəs bundan çıxış yolları hansılardır?

Hər şeydən əvvəl problemi tez-tez gündəliyə gətirməməlisiniz. “Heç mənimlə danışmırsan”, “Mənimlə yad kimi hərəkət edirsən” kimi cümlələrlə problemin həllini çətinləşdirməməlisiniz.

Digər tərəfdən, bir problemi tez-tez gündəliyə gətirmäklə o problemi adiləşdirdiyinizi də unutmamalısınız. Çünki bu üsulla həyat yoldaşınızı yola gətirə bilməyəcək, əksinə, onda özünümüdafiə instinkti formalaşdıracaqsınız. Ona görə də, həyat yoldaşınızı ittiham etmək əvəzinə öz ehtiyaclarınızdan danışın. Məsələn, “Mənimlə niyə danışmırsan” əvəzinə, “Mənim ünsiyyətə ehtiyacım var” deyin.

AILE

Əgər problem həyat yoldaşınızın xarakteri ilə bağlıdırsa (üstəlik, bütün səylərinə baxmayaraq, problemin qarşısını ala bilmirsə), başqa alternativlər axtarmalısınız. Yox, əgər həyat yoldaşınız sizinlə və ya evliliyinizlə bağlı bir səbəblə danışmırsa, onda səbəbləri bir yerdə araşdırmalısınız. Digər tərəfdən, əgər problem siz düşündüyünüzdän də dərindirsə, bir ailə psixoloquna müraciət edə bilərsiniz.

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir