Toy

Ailə həyatını möhkəmləndirəcək 7 tövsiyə – “EvliSƏN”

Baxış sayı: 1. 858

Bəzən ailə həyatına kənardan çox xırda görünən problemlər son qoyur. Hər hansı bir kiçik anlaşmazlıq evliliyi sonlandırmasa da, bir neçə bənzər problemin üst-üstə yığılması sonda ilə həyatının davamlı olmasına əngəl törədir. Amma təbii ki, bu tip durumlarda da çıxış yolu var. “Gencaile.az” saytının “EvliSƏN” rubrikasında məhz çıxış yollarından bəhs edəcəyik. Beləliklə, ailə həyatını möhkəmləndirəcək 7 tövsiyəni təqdim edirik.

Evli insanlar arasında yaranan hər hansı bir problem zamanı tərəflərdən birinin qürurunu ön planda saxlaması anlaşmazlığın aradan qalxmasına əlavə çətinlik törədir. Belə demək mümkünsə, sevgidə qürura yer yoxdur. Bu səbəbdən haqsız olan tərəfin üzr istəməklə məsələni həll etməsi lazımdır.

Ailə həyatında problem yaşayan cütlüklərə tövsiyə olunan ən önəmli məqamlardan biri də həyat yoldaşları ilə bağlı bəzi nüansları xəyallarında canlandırmaqdır. Məsələn, qarşı tərəfin artıq həyatınızda olmadığını düşünün. Əgər onun üçün darıxırsınızsa, onun yoxluğu sizi narahat edirsə, deməli, aranızdakı anlaşmazlığı çözmək asan olacaq.

Ailə daxilində hər həftə toplantı keçirmək də ailənizin möhkəmliyi baxımından önəmlidir. Əgər övladınız varsa, hər həftə təşkil edəcəyiniz toplantının əhəmiyyəti ikiqat artıqdır. Bu, romantik bir şam yemıyi qədər olmasa da, evliliyinizin davamlılığına müsbət təsir göstərəcək.

Cütlüklərin davamlı ünsiyyətdə olması da diqqət edilməli olan məqamlardandır. Bu məsələdə hansısa geniş mövzudan bəhs etmək vacib deyil. Əksər hallarda adi mövzularda da söhbət etmək də yaxşı nəticə verir. Başqa sözlə, böyük effekt almaq üçün böyük mövzunu müzakirə etmək şərt deyil.

Cütlüklərin ailə qurması heç də bütün həyatını qarşı tərəfə həsr etməsi anlamına gəlməməlidir. Tərəflərin hər ikisinin öz həyatı, çevrəsi, dostları olmalıdır. Bütün bunların sizin ailə həyatınıza rəngarənglik qatacağına şübhə yoxdur.

Təşəkkür etməyi unutmayın. Hətta ən adi məsələ üçün olsa da, minnətdarlığın sözlə ifadə olunması yerinə düşər. Məsələn, həyat yoldaşınızın dediyi xoş sözə, aldığı gül buketinə, bişirdiyi yeməyə və s. bu kimi şeylərə görə edəcəyiniz kiçik bir təşəkkür evliliyinizdə müsbətə doğru böyük bir addım demək olacaq.

Səs tonunuz nə qədər yüksələcəksə, evliliyinizin səviyyəsi o qədər enecək. Hər ailədə anlaşmazlıq olur. Bunun fonunda davaların olması da təbiidir. Hətta ailə həyatında zaman-zaman davaların olmasını zəruri hesab edənlər də var, amma qarşınızdakı ilə dalaşanda səs tonunuza fikir vermıli, nalayiq ifadələr işlətməməli və onu aşağlayıcı sözlərdən istifadə etməməlisiniz.

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir