3ca84a

Ailə münasibətlərini necə qorumalı?

Baxış sayı: 2. 290

 

Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis və Bibliyanın mahir bilicilərindən sayılır. Onun ailə və insan münasibətlərindən bəhs edən, 1992-ci ildə qələmə aldığı “Beş sevgi dili” kitabı 5 milyon tirajla satılmış, 38 dilə çevrilmişdir. Kitabdan seçmə hissələr:

Siz sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir. Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı şəkildə ifadə edirlər:

1. Tərifedici sözlər.
2. Keyfiyyətli zaman.
3. Hədiyyə alma.
4. Xidmət fəaliyyəti.
5. Fiziki təmas.

Sevgi dili “hədiyyə almaq”olanlara bəzi məsləhətlər:

1. Hədiyyələrlə özünüzü göstərə bilərsiniz: Səhər yoldaşınız üçün bir qutu şokolad qoyun (əgər sağlamlığında problemlər varsa seçiminizi dəyişə də bilərsiniz); günortadan sonra arvadınıza çiçək göndərin (əgər çiçəyə qarşı allergiyası yoxdusa); axşam ona bir köynək hədiyyə edin. Arvadınız sizdən “Nə baş verir?” soruşsa “sadəcə sevgimizi artırıram” deyin.

2. Təbiət köməkçiniz olsun: Məhəllədə gəzintiyə çıxanda arvadınıza verəcəyiniz bir hədiyyə axtarın. Bu bir daş, bir budaq parçası, bir çiçək də ola bilər (çiçək öz bağçanızda deyilsə, qonşunuzdan icazə almağı unutmayın). Təbii ki, hədiyyənizə xüsusi bir məna da verə bilərsiniz. Misal üçün, kiçik bir hamar daş  parçası evliliyinizdəki mübahisəli bir çox nüansların artıq öhdəsindən gəldiyinizi göstərə bilər. Bir gül belə sizə xanımızda gördüyünüz gözəlliyi xatırlada bilər.

3. Əl işi olan hədiyyələrin dəyərini unutmayın. Arvadınız üçün özünüz bir hədiyyə düzəldin. Bunun üçün bir sənət və ya əl işi kursuna yazılmağınız da lazım ola bilər. Məqsədiniz arvadınıza hədiyyə düzəltməkdir. Əl işi olan bir hədiyyə xüsusilə bir ailə yadigarı halına çevrilə bilər.

4. Arvadınıza bir həftə boyu hər gün hədiyyə verin. Bu əlamətdar bir günə təsadüf edilən həftə olmaya da bilər. Əgər enerjili insansınızsa bunu bir ay da edə bilərsiniz. Xeyir, arvadınız bunu bir ömür boyu davam etmənizi istəməyəcək.

5. Bir “Hədiyyə fikirləri dəftəri” tutun. Arvadınız “ Bunu doğurdan çox sevirəm”, “Ah, bunlardan bir dənəsi də məndə olsaydı” kimi dedikcə dəftərin hər səhifəsinə qeyd edin. Diqqətlə dinləyin, çox keçməz ki, uzun bir siyahınız olacaq. Bu hədiyyə seçmək zamanında köməyinizə gələ bilər.

6. “Kömək edin, başım şişdi!” Arvadınız üçün necə hədiyyə seçmək lazım olduğunu bilmirsinizsə arvadınızı yaxından tanıyan bir dost ya da qohumunuzdan kömək istəyə bilərsiniz. Çox adamın sevdikləri insana hədiyyə almaqdan xoşu gəlir, xüsusilə də bu hədiyyə sizin pulunuzla alınırsa.

7. Varlığınızı hədiyyə edin. “Bu ay səninlə istədiyin yerə gedəcəyik. Mənə vaxtını desən səninlə getmək üçün əlimdən gələni edərəm” deyin. Hazırlaşın! Kim bilir bəlkə də simfoniya, ya da xokkey sizin də xoşunuza gələr.

8. Arvadınıza bir kitab verin və özünüz də oxuyacağınızı deyin. Hər həftə bir hissəni birlikdə müzakirə edəcəyinizi bildirin. Amma sizin bəyəndiyiniz, oxumağını istədiyiniz kitabı deyil, məhz onun maraq dairəsinə uyğun kitabı hədiyyə edin. Bu kitab seks, futbol, əl işi, pul haqqında, uşaq böyütmə, din və yaxud hər hansı mövzuda ola bilər.

9. Uzunömürlü bir hədiyyə verin. Arvadınızın doğum günündə, toyunuzun il dönümündə və yaxud başqa bir gündə arvadınızın adından üzv olduğu hər hansı bir xeyriyyə təşkilatına ianə verin. Təşkilatdan isə arvadınıza bildiriş göndərilməsini xahiş edin. Xeyriyyə təşkilatı qədər arvadınız da həyəcanlanacaqdır.

10. Canlı bir hədiyyə verin. Arvadınızın adına bir ağac əkin. Öz bağçanıza da əkib, sulayıb böyüdə bilərsiniz. Yaxud tez-tez getdiyiniz bir parkda da əkə bilərsiniz. Bunu etdiyiniz üçün hər il təşəkkür qazanarsınız. Alma və ya başqa bir meyvə ağacı əksəniz daha çox savab qazanarsız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir