Bədən qoxusu qidalanma və sağlamlıqla əlaqəlidir. Xolera xəstələrinin bədəni şirniyyat, şəkər xəstələrinin bədəni çürük alma kimi qoxur. Avstraliyanın Makquar Universitetinin alimi Mehmet Mahmut iddia edir ki, insanlar nə qədər çox ət yesələr bədənləri gözəl qoxar. Belə ki, kişilər mensturasiya dövründə olan qadınların qoxusunu daha cazibəli hesab edirlər. Kişilərdə də testosteron hormonu səviyyəsinin bədən qoxusu üzərində təsiri ola biləcəyi iddia edilir.
Bədən qoxusu qidalanma forması və sağlamlıqla bağlı olaraq dəyişsə də, genlər qoxuları əvəzsiz edən və başqa insanlardan fərqləndirən amillərdən biridir.
Hər insanın özünəxas bədən qoxusu var. Psixoloq və qoxu üzrə mütəxəssis Aqniezka Sorokovska, insanların genetik olaraq müəyyən edilən bəzi qoxu seçimləri olduğunu və ətirləri də bu formada seçdiklərini iddia edir. Mütəxəssis eyni zamanda ətir və kosmetika seçimləri üzərindən onların şəxsiyyətləri ilə bağlı bəzi məlumatlar əldə edə biləcəyimizi də deyir. İnsanlar ətir kimi bəzi qoxuları genetik olaraq seçsə də, həyat yoldaşı seçərkən qoxu ilə bağlı seçim etmir. Bunun ən önəmli səbəbi isə, sevgili və ya həyat yoldaşı seçərkən qoxudan çox digər faktorlara önəm verməyimizdir. Çünki bir insana gözlə baxıb, kimliyi haqqında məlumat formalaşdırmaq, ətri ilə müəyyən etməkdən daha asandır. Buna görə də qarşımızdakı insanları qoxlamırıq, üzünə baxmağı seçirik. Bu da o deməkdir ki, həyat yoldaşı və ya sevgili seçərkən xarici görkəmə önəm veririk.
Mehmet Mahmudun araşdırmasına görə, subay kişilərin bədən qoxusu, evli kişilərlə müqayisədə daha təsirli olur. Alim bu vəziyyəti testosteron səviyyəsi ilə əlaqələndirir. Çünki evli kişilərdə yaşla bağlı testosteron səviyyəsi də azalır. Bu da bədən qoxusunun azalmasına səbəb olur.
Bəs sevgili seçərkən niyə bədən qoxusuna önəm vermirik? Əgər məqsədimiz genləri güclü olan bir kişi seçməkdirsə, o zaman qoxuları dəyərləndirin. Amma bu, çox adam üçün önəmli olmur.
Mütəxəssislərin fikrincə, ailə həyatı quran zaman bədən qoxusuna diqqət yetirmək çox önəmlidir. Belə ki, bu şəkildə qurulan ailələrin uzunömürlü olduğu iddia edilir.
Psixoloq Rəvanə Quliyeva bildirir ki, qoxu insanları bir-birinə bağlaya da bilər, ayıra da bilər: “Bizim cəmiyyətdə ailə qurarkən avtomobil, ev, iş, xarici görkəm önəm daşıdığı üçün heç kimi bədən qoxusu maraqlandırmır. Bu, hər iki tərəf üçün keçərlidir. Ailə qurulur. Bir müddət keçdikdən sonra insanlar üçün münasibət adiləşir. İnsanlar bir-birinin qoxusunu sevmirsə, cinsi həyat da sona çatır. Və beləcə ya qadın, ya da kişi üçüncü şəxsə qaçır. Düşünün: sevdiyiniz insanı qucaqlamısınız, amma onun qoxusuni içinizə çəkə bilmirsiniz, nəsə mane olur. İnsanlar bunu gec başa düşür. Evliliyin 5-ci ilində başa düşürsən ki, bu axtardığın deyil. Bəlkə də, bu fikir sizə gülməli gələ bilər. Amma reallıq belədir”.
Mütəxəssis bildirir ki, gənclər ailə həyatı qurarkən ev, avtomobil, iş və xarici görkəm düşünərkən qoxuya da önəm versələr, bəlkə ayrılıqların sayı indiki qədər çox olmaz.
İlahin Zaman