Bəzən “indi tezdir, sonra ailə həyatı quraram”, “bunu edim sonra, onu həyata keçirim, ondan sonra ailə həyatı quraram” və s. kimi düşünənlər də var. Amma bu heç də elə deyil, hər bir insanın ürəyindən müəyyən vaxtdan sonra ailə sahibi olmaq, ata olmaq, nəslini davam etdirmək (ana olub övlad böyütmək) istəyi keçir. Bu istək qəfil gəlir, bəlkə də instinktiv olaraq baş verir. Onlar hətta seçdikləri insanla ailə qurmağa hazır olanda səs-küylü həyatlarından, bəzi vərdişlərindən əl çəkməyi belə düşünürlər. Doğrudur, bəzi şəxslər üçün evlilik, ailə bir az qorxulu səslənir, çünki onlar üçün çox vacib olan “azadlıq”larını itirməkdən qorxurlar. Amma bəlkə də “sizi” tanımaqla “o”, artıq daha stabil və sakit həyat yaşamağa üstünlük verəcək, onda xeyir iş heç də uzaqda deyil, inanın.
Yeri gəlmişkən, Amerika sosioloqları nikaha girməyin ən ideal yaş dövrünü müəyyənləşdiriblər.
Onların fikrincə, müəyyən edilmiş yaşda ərə getmək və ya evlənmək boşanma riskini minimuma endirir. Qadınlar və kişilər arasında aparılan araşdırmaya və analizlərin nəticəsinə əsasən müəyyən olunub ki, 25 yaş nikaha girmək üçün ideal dövr sayılır. Belə ki, məhz bu yaşda ailə quran cütlüklər arasında boşanma hallarına 20 yaşda evlənənlərlə müqayisədə daha az rast gəlinir. Onu da qeyd edək ki, boşanma riski 35-40 yaş arasında olan bəy və gəlinlər arasında da minimum həddədir. Ancaq tədqiqatçılar bu yaşı nikah üçün ideal hesab etmirlər. Çünki artıq bu yaşda qadın və kişi fiziologiyasında dəyişikliklər baş verir və cütlüklərin böyük əksəriyyətində təbii mayalanma ilə bağlı bir sıra müəyyən problemlər yaranır.
Bəs siz necə ailə qurmağa hazırsınız? Nə vaxt ailə qurmaq istərdiniz? Bu kimi məqamlara sizə təqdim etdiyimiz testi keçməklə daha da aydınlıq gətirə bilərsiniz.
1. 1 Ailə qurmaq barədə düşünəndə ağlınıza ilk olaraq nə gəlir?
1. Gözək ağ gəlinlikdə (Qara kostyumda) doğmalarınızın, dost və qohumlarınızın təbrikini eşidirsiniz;
2. Həyat yoldaşınızla birgə ilk övladınız üçün ad seçirsiniz.
2. 2 Sizcə ideal həyat yoldaşı necə olmalıdır?
1. Diqqətcil, qayğıkeş, mehriban, yumor hissinə malik və yaraşıqlı.
B. Dərrakəli, məntiqli, cəsarətli, etibarlı və sadiq.
1. 3 Onun mənə olan sevgisinin, hörmətinin əsl sübutu budur…
1. O,doğum gününüzü və tanış olduğunuz tarixi – indiyədək baş verənlərin hamısını dəqiq xatırlayır.
B. O, ünsiyyətdə olduğunuz zaman dediklərinizlə razılaşmasa da, həmişə sizi diqqətlə dinləyir.
1.4 Hansı hadisədən sonra məhz onun həyatınızın sevgisi olduğunu anladınız?
1. Həmişə sözünün üstündə durduğunu görəndən, etibarlılığını yoxlayandan sonra;
B. Onunla möhkəm dalaşıb kəskin sözlər deyərək xətrinə dəydiyinizə görə əziyyət çəkən vaxtlarda.
1.5 Ailə həyatı qurandan sonra arxayın olacaqsınız ki…
1. Uzun illik həyat yoldaşı axtarışı prosesi nəhayət ki sona çatdı, artıq karyera və digər vacib məsələlərlə bağlı daha rahat hərəkət etmək olar…
2. İndi həyatınızın qalan hissəsini birgə keçirmək istədiyiniz insanla bərabərsiniz.
“A” cavablarınız çoxluq təşkil edərsə: (tezliklə ailə həyatı qurmayacaqsınız)
Bəli, toyda ünvanınıza söylənəcək “Xoşbəxt olun!” sözünə gülümsəyərək təşəkkür etmək və ya “mənim yoldaşım” kəlməsini deməyə alışmağınızı fikrinizdə canlandırırsınız. Həmçinin ailənin yükü, məsuliyyətləri də daim beyninizdədir. Nikahda olma fikri sizi cəlb etsə də, “azadlığınızı” məhdudlaşdırmağa və qəti seçim etməyə hələ tam hazır deyilsiniz. Amma tövsiyə edilir ki, heç kəslə məsləhətləşmədən həyatınızı istənilən an dəyişmək imkanından zövq alın.
“B” cavablarınız çoxluq təşkil edərsə: (tezliklə ailə həyatı quracaqsınız)
Tez–tez biz sözünü işlədir və sevdiyiniz şəxsin əhvalını “yarı baxışından” başa düşürsünüz. O isə sizi necə xoşbəxt etməyi bilir. Sizin üçün toy mövcud olan məhəbbətinizi bir daha qeyd etmək üçün əlavə bəhanədir. Həm də toy hazırlıqlarına, geyim seçiminə ciddi yanaşmaq lazımdır ki, sözün hər mənasında ideal olan “cütlüyünüz” daha da harmoniyalı görünsün.
Elnur Ağayev