Ailə terapiyasi problemlərə, ailə üzvlərinin fərdi problemləri olaraq deyil, ailə sisteminin bir problemi olaraq baxar. Terapiyaya ailənin tək bir üzvü gətirilərsə terapiyanın mərkəz nöqtəsi ailə sistemidir. Terapiyanın hədəfi, ailə içindəki tək bir fərdin dəyişimi deyil, daha çox ailənin quruluşu və ailə daxilindəki fərdlərin bir-birləriylə ünsiyyət formalarının dəyişdirilməsidir. Hər ailənin problemi başa düşmə şəkli ayrıdır. Bir ailə üçün problem olaraq görünən bir vəziyyət digər bir ailə üçün problem təşkil etmeyə bilər. Hər ailənin sakit bir yaşam üçün ehtiyac duyduğu şeylər bir-birindən fərqlidir.
Ailə terapiyasında nələr olur?
Terapevt və ya psixoloq, ilk seansda terapiyanın məqsədini ailə üzvlərilə birlikdə ortaya qoyar. Ana, ata və lazım gələrsə uşaqlar məsuliyyətlərini bildirir. Ailə şüuru üzərində dayanılaraq, ailə üzvlərindən bir-birlərinin ehtiyacları üzərində dayanılmağının vacibliyi vurğulanır. Ailə üzvləri açıq və dürüst bir qarşılıqlı içində tapılaraq, günahlandırılmalardan qaçan, ilk öncə bir-birini başa düşməyə yönelik bir tərz mənimsənilməyə yönləndirilir.
Terapiyada gizlilik əsasdır.Başqa cür desək, terapevt ailə üzvlərindən biri ilə edəcəyi görüşməni o üzvün icazəsi olmadıqca bir başqası ilə paylaşmaz.
Terapiyanın məqsədi ailə üzvlərinin davranışlarını daha müsbət etmək ,üzvləri arasındakı qarşlıqlı inkişaf elətdirmək ve problemlərə qalıcı və daimi həll yolları tapmaq olduğu üçün, terapevt bəzi texnikalar istifadə edir.
Terapiya müddətində ailə üzvlərinin bir çox ev tapşırıqları olacaqdır. Hər hansi bir seans sonunda terapevt tərəfindən üzvlərə bir sonrakı seansa qədər edilməli olacaq ev tapşırıqları verilə bilər.
Terapevtin ən önəmli funksiyalarından biri də, emosional partlayışı təmin etməsi və üzvlər arasındakı bitməmiş işlərə konsentrasiya olub, üzvlərin bir-birləri haqqındakı mənfi münasibət və duyğularını ifadə etmələri, bir-birlərinə qarşı anlayış inkişaf etdirmələrinə komək etməsidir. Ailə üzvləri arasında daha çox yaxınlaşma, işbirliyi və duyğusal paylaşım təin olunmuşsa terapiya məqsədinə çatmış sayılır.
Ailə terapiyasının məqsədi; insanlararası münasibəti işığında narahatlıq və konfliktlərin aradan qaldırılması, dərkin, özgüvənin artırılması və digər duyğusal gərginliklər üçün ailə üzvlərilə işbirliyi qurulması, daxili və xarici krizlərə qarşı ailənin dözümlülüyünün artırılması, nesillər arası münasibətlərin artırılması, düzəldilməsi, ailəni sağlam münasibət qurmağa yönəltməkdir.
Ailə terapiyası nə zaman vacibdir?
Ailənin təməl ehtiyaclarının ödənmirsə ehtiyacları ödənməz ve güvənli,xoşbəxt bir ailə mühiti yaradılmırsa,deməli ailədəki balanslar pozulur.
Ailənin əsas ehtiyacları nələrdir?
1. Dəyərli olmaq duyğsu : Ailədə fikirləri önəmsənilən, sevildiyi hissetdirilən fərdlər mən dəyərliyəm duyğusu yaşayar və özünü təsdiqləmək üçün artıq davranışlar etməzlər.
2. Güvəniləcək Mühit: Ailədəki fərdlər kənardan gələcək təhlükələrə qarşı təhlükəsiz olduqlarını hissetməlidirlər.
3.Yaxınlıq və həmrəklik duyğusu: Güvən duyğusunu bir-birlərinə hissetdirəbilən ailə üzvlərinin varlığı insanları xarici dünyanın çətinlik və qayğılarından qurtarır. Ailə daxilində yaxınlıq və həmrəylik təmin edən bir sistemə aid ailə üzvləri, ətrafıyla de yaxın əlaqələr qura bilər.
4. Məsuliyyət duyğusu : Bütün ailə fərdləri muəyyən yaşlarda müəyyən məsuliyyətlərə sahibdir.Uşaqlara gender ayrı-seçkiliyinə görə deyil, inkişaf səviyyəsinə görə vəzifələr verilməlidir.
5. Çətinliklərin öhdəsindən gəlmək : Hər fərdin öz-özünə və ya ailə üzvlərindən dəstək alaraq həll edə biləcəyi problemləri ola bilər. Uşaqlar da çətinliklərin öhdəsindən tək başına gəlməyi öyrənməlidirlər.
6. Xoşbəxtlik və özünü reallaşdırma mühiti: bu mərhələdə fərdlər qiymətli olduqları duyğusunu yaşayarlar və etdikləri fəaliyyətlərdən doyum təmin edərlər.
7. Mənəvi həyatın təməllərini meydana gətirmə: Qatı qaydaların, cezalandırıcılığın olmadığı ailə mühitlərində fərdlər öz daxili dünyalarını araşdırıb kəşf imkanı taparlar. Bu vəziyyət , ailə içində özüylə barışıq , qüvvətli və hörmətli fərdlər yetişməsinə köməkçi olar.
Ailə terapiyası simptom göstərən fərdin hər probleminə cavab verməz. Lazımlı olduğu vəziyyətlər ; müalicə üçün gələn fərd bir ailə sistemi içində iştirak edirsə və ya ailə ilə əlaqələri davam edirsə , var olan Ya da ortaya çıxan problemlər ailə sistemini təsir edirsə ailə terapiyasına müraciət edilə bilər.