Ailə ana, ata və uşaqlardan yaranan ən kiçik qurumdur. Ailələr birləşərək cəmiyyəti yaradır. Bu səbəbdən ailə cəmiyyətin təməl ünsürüdür. Cəmiyyətin xoşbəxt olması üçün ailələrin xoşbəxt olması lazımdır. Ailədə sevgi, hörmət, həmrəylik və iş bölgüsü olmalıdır. Ailə həyatı sosial həyatın ən vacib ünsürlərindən biridir. Ailə həyatı nə qədər davamlıdırsa, uşaqlar da o qədər sağlam və özünə güvənən olaraq böyüyəcək. Həmrəylik ailə fərdlərinin hiss, düşüncə və ortaq çıxarlarda bir-birinə bağlanmasıdır. İş bölgüsü ailə mühitində görüləcək işlərin ailə üzvləri arasında bölüşdürülməsidir. Misal üçün anamız yemək hazırlayarkən süfrəni hazırlamaq və ya otağımızı yığmaq kimi.
Ailədə hamının rolu var. Hamı rolunun tələb etdiyi tapşırıqları yerinə yetirir. Beləcə ailə içərisində nizam qarşılıqlı köməkləşmək ilə asanlıqla yerinə yetirilir.
Ailə içərisində davam etdirilən qarşılıqlı anlayış və iş bölgüsü cəmiyyət həyatına da əks olunur. Ailələrdəki dinclik və xoşbəxtlik cəmiyyəti də xoşbəxt və dinc edir.
Ailədə iş bölgüsünün faydaları:
Hamının rolu və vəzifələri müəyyən olur.
Hamı bir-biri ilə yaxından maraqlanır.
Hamı qərarlarda söz sahibi olur.
Hamının özünü dinc hiss etdiyi bir ailə mühiti təmin olunur.
Hamı müəyyən edilmiş qaydalara sonunadək bağlı və hörmətli olur.