Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranır. Rəfiqələr də bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzakirə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər. Xoşbəxtlik sizdə gizlənib. Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl kariyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz. “Qadınlara seks lazım deyil” fikri düz deyil, onların da kişilər qədər intim ehtiyacları var. Lakin bu hisslər qadınlarda nəvaziş və mehribanlıqla bağlıdır. Kişiləri ittiham etmək, onları heyvani və öz primitiv tələbatlarına görə günahlandırmaq əvəzinə təşəbbüsü öz əlinə almağa çalış. Qarşı tərəfə nə istədiyini və nələrdən xoşun gəldiyini de. Ola bilsin ki, siz bir-birinizi təəccübləndirə bildiniz. Ürəkdən istə statistikaya sığınmaq alınmayacaq! Gender rəqəmlərində boşanmaq və yenidən nikaha daxil olmaq imkanı çoxdan tarazlaşdırılıb.
Bəs niyə bəzi qadınlar heç bir dəfə də olsun ailə qura bilmir, digərləri isə bir neçə dəfə ərə gedir?
Məsələ psixikadadır. Burada nə zahiri görkəm, nə də xarakter rol oynamır. Hər bir insan xoşbəxt yaşaya bilər, sadəcə bunu ürəkdən istəmək lazımdır. Heç bir norma yoxdur. Əgər sizə tək yaxşıdırsa, qoy belə də olsun. Tənhalıq qorxusu 80 yaşdan sonra yaranmalıdır, ondan tez yox. Çünki təklik yalnız ölüm yatağında diskomfort verir. Siz gənc və güclüsünüz, təkliyi cəsarətlə təbii hal kimi qiymətləndirin. Odur ki, yarınız olmadığı üçün özünüzü kompleksə salmağa son verin!
Xoşbəxtlik = sabit psixoloji durum “Harmoniya güzəştə getməkdədir” fikri əfsanədir. Güzəşt nə sizə, nə də sizin tərəf müqabilinizə xoşbəxtlik gətirməyəcək. Ailədə rahat, sağlam abu-hava o zaman hökm sürəcək ki, siz ikiniz də münasibətlərinizdən razısınız. Normal münasibətlər yalnız o adamla qura bilər ki, onlar özünü və bir-birini sevirlər. Münasibətləri qurmurlar İşdən gələndə bir az dincəlin. Ailə sizin ikinci işin deyil. Ona görə pul ödənilmir. Münasibətlər üzərində işləmək lazım deyil, çünki onlar ya var, ya da yoxdur. Yeganə şərt: Özünüzü olduğunuz kimi qəbul edin. Eyni zamanda partniyonu dəyişdirməyə çalışmayın. Yenidən tərbiyə etmək, dəyişmək, düzəltmək lazım deyil. Əgər xoşunuza gəlmirsə, başqasını tapmaq lazım gələcək. Ailədə harmoniyanın sirri çox sadədir. O qadında – sizdə gizlənib. Siz həm müsbət, həm də mənfi emosiyaları çəkə bilərsiniz. Ətrafda yalnız yaxşını görməyi öyrənin, belə qərardan sonra həyatınızın necə dəyişdiyinə özünüz də təəccüb edəcəksiniz.