Bir-birlərini sevən cütlüklər ömür boyu birlikdə yaşamaq üçün evlənsələr də, zaman-zaman fikir ayrılıqları, mübahisələr yaşaya bilərlər. Bu da onların arasında aqressiyaların, münaqişələrin yaranmasına gətirib çıxara bilir. Bu münaqişələr, mübahisələr, fikir ayrılıqları tərəflərin bir-birlərini başqa bir yöndən tanıdıqları, sevgililik , nişanlılıq dönəmindəki xoş tərəflərindən əlavə digər xüsusiyyətlərini də kəşf olunduğu anlardır. Eyni zamanda bir sınaq meydanıdır sanki. Burada əsas məsələ ortaya çıxan problem deyil, o problemi hansı yolla həll edib münasibətlərin sonrakı gedişatına göstərcəkləri təsirdir. Bütün bunların kökündə isə qadın, kişi və digər ailə fərdləri arasında qurulumuş sağlam ünsiyyət dayanır. Ata və ana arasında qurulmuş düzgün ünsiyyət ailənin digər fərdlərinə də sirayət edir. Odur ki, bu əlaqə uğurlu alınmazsa ailə birliyinin təməlində çatlar başlamışdır deməkdir.
Ailədə normal ünsiyyət və münasibətləri əngəlləyən faktorlar
– Bütün ailə və ailəni təşkil edən fərdlərlə bağlı önəmli məsələləri əhəmiyyət vermədən üzdən danışmaq.
– Aşırı dərəcədə sual vermək, yersiz şübhə və tərəddütlər
– Süni münasibət qurmaq
– Danışıb, izahat almadan qarşı tərəf haqqında qərar çıxarmaq
– Keçmişdəki üzücü və pis hadisələrin sıxsıx gündəmə gətirilməsi
– Verilən sualları cavabsız buraxmaq
– Ailə üzvlərinə söz ilə hücum etmək
– Başqaları ilə müqayisə etmək və qarşı tərəfin fikirlərini qəbul etməkdə çətinlik çəkmək
– Günahlandırmaq, neqativ düşüncələr və aqressiya
– Əmr vermək,təhdit etmək
– Yalan söyləmək və səmimiyyətdən uzaq durmaq
– Lağa qoymaq,alçaltmaq, fikirlərinə dəyər verməmək
– Kiçik səhvləri həddindən artıq böyütmək
– Fədakarlığı daima qarşı tərəfdən gözləmək
– Birgə vaxt keçirməmək, ortaq məsuliyyətlərə önəm verməmək
– Qarşı tərəfə özünü ifadə etmə imkanı verməmək
– Ailəyə qarşı diqqətiz və hörmətsiz yanaşmaq
Ailə fərdləri bir-birlərindən aldıqları mesajlarla ( hiss, münasibət,davranış,bədən dili) özlərini dəyərli və ya dəyərsiz , güvəndə və güvənsiz hiss edə bilərlər. Bu vəziyyət də onların psixologi durumuna, psixo-sosial yaşantısına, insanlararası münasibətinə, işdəki uğurluluq dərəcəsinə əhəmiyyətli dərəcədə təsir edir. Çünki insan ailədə doğulur,böyüyür və şüuraltısında ailəsindən aldığı “mesajlarla” cəmiyyət içərisinə yol açır.
Uğurlu ünsiyyət üçün nə etməli?
Gözəl ünsiyyət üçün qarşılıqlı xöşgörüş, hörmət, anlayış və diqqət lazımdır. Tərəflərin bir birlərinə yanaşmaları onlar arasında düzgün ünsiyyətin yaranmasında bilavasitə rol oynayır.
Unutmamamq lazımdır ki, daima münasibətləri düzəltmək zəminində çalışılmalıdır nəinki yıxmaq, dağıtmaq. Çalışmaq lazımdır ki, qarşıdakı insana bir başa ittiham edici tonla yanaşılmasın. Bu onu müdafiə mövqeyinə keçirməkdən və sizi dinləməyə qarşı özünü kilidləməkdən başqa bir işə yaramaz. Çünki həmin anda onun yeganə düşündüyü sizin hücumunuza uyğun cavabı verməkdir. Sizi dinləməz,dinləməzsə anlamaz və özünü anlada bilməz,beləliklə bütün ünsiyyət qopmuş olar.
Hər zaman üçün tutacağımız mövqe belə olmalıdır: Qarşıdakına qulaq asmaq və onu başa düşməyə çalışmaq. Bəzən susmaq lazımdır bütün qaranlıq qalan məqamları aydınlatmaq üçün, susmaq və dinləmək! Səbrlə dinləmək! Çünki insan duyğularını və fikrilərini danışaraq başa salır. Əgər ona bu haqqı tanımazsaq, nəyi, niyə etdiyini heç vaxt anlamarıq. Bu həmin səhvin bir daha təkrarlanmasına zəmin yaradan ən vacib nüanslardandır.
Ailə üzvülərinizdən birinin hər hansı yalnışlarını hər fürsətdə dilə gətirməkdənsə etdiyi yaxşı,təqdirəlayiq işlərindən danışıb onu yaxşı olanlara həvəsləndirin. Çünki, qadağa formasında və ya səhvini unutmaması üçün etdiyiniz bu hərəkət ( səhvini tez tez vurgulamaq) tədricən onun şüuraltısına oturacaq və istəmədən belə olsa həmən səhvi yenidən təkrarlamasına səbəb ola bilər. Təklif cümlələri qurmaq əmr cümlələrindən daha təsirli və effektli olur.
Ailə üzvlərinizə qarşı bərabər və ədalətli davranın. Eyni və ya oxşar hərəkəti etdikdə hamısına eyni mənfi və ya müsbət tutumu göstərin. Ailə fərdlərinin yaşına,cinsinə və s. digər xüsusiyyətlərinə görə öz davranışınızı dəyişməyin. Bu ailəniz arasındakı ünsiyyət və emosional bağılılıqda çatlara nədən olacaq.
Ailə fədləri arasında münasibət daima dost xarakteri daşımalı. Valideyin-uşaq, ər –arvad,bacı-qardaşlar arasında dostluq münasibətləri nə qədər sıx olarsa onlar birbirlərinin problemləri ilə o qədər yaxından və səmimiyyətlə maraqlanarlar. Çünki dost münasibəti birlik və bağlılığı qüvvətləndirən önəmli amillərdəndir. Bu ailə üzvlərinin bir-birlərinə açılmalarını,dərdləşmələrini və ya sevinclərini paylaşmalarını asanlaşdırar. Ailə təsəllini, rahatlığı və hüzuru kənarda ,yalnış adamlarda və yalnış yollarda aramaz.
Ailə üzvləri özəl günlərdə, bayramlarda, qeyd olunması gərəkən hadisələrdə daima birlikdə olmağa xüsusilə diqqət və qayğı göstərməlidirlər.
Ailə fərdləri heç olmasa şam yeməyi zamanını birlikdə keçirməli və bu zaman ümumi söhbət edilməlidir. Ailənin hər bir üzvü bu məsuliyyəti dərk edərək hörmətlə yanaşmalıdır. Çünki gərəksiz kimi görünən bu qısa zaman kəsiyi sizə ailənizin bütövlüyünü qorumaqda və isti münasibət yaratmaqda təsəvvür etmədiyiniz qədər yardımçı olacaqdır.
Ailənizi qoruyun,çünki o sahib olduğunuz ən dəyərli sərvətdir!!!
Fəridə Qasımova