sevgi

Ailədə xoşbəxt münasibət üçün nə etmək lazımdır?

Baxış sayı: 1. 626

Prioritetiniz əriniz olmalıdır

Ailədaxili bir qərarın qəbul olunmasında ərinizin sizdən öncə öz atası, anası ilə görüşməsi, eləcə də sizin öz atanız ananızla görüşməyiniz böyük problem yarada bilər. Əriniz və sizinlə əlaqəli məsələlərdə ilk öncə bir-birinizlə danışmalı, bir-birinizdən fikir almalısınız. Ailələrinizi münasibətlərinizə qarışdırmaq sizin  xöşbəxt olmamağınızla nəticələnə bilər.

Sağlamlığınıza diqqət edin

Fiziki sağlamlıq həyatınızın bütün nöqtələrinə təsir edən əsas ünsürdür. Düzgün qidalanıb və idmanla məşğul olsanız özünüzü daha cazibədar hiss edəcəksiniz. Bu özünüzə dəyəri və özgüvəni artıracaq və dolayısıyla daha yaxşı seks həyatı deməkdir.

Tək qalın

Ərinizlə birlikdə zaman keçirmək çox önəmlidir. Ancaq evlilik hər zaman birlikdə olmaq demək deyil. Özünüzə, maraqlarınıza, dostlarınıza vaxt ayırın. Ayrı-ayrı vaxt keçirmək bir – birinizə danışacağınız hekayələrin də yaranmasına səbəb olaca. Beləcə münasibətiniz daha da rənglənəcək.

Özünüzdə problem tapmaqdan əl çəkin

Araşdırmaya görə, qadınların 25% – i bədən ölçülərinə görə kompleksə düşürlər. Hər zaman daha da arıq olmağın xəyalı ilə yaşayırlar. Hətta parnyorlarından tez-tez soruşdurları sual ” Çox kökəm?” olur. Əslində bu sualları beyindən atıb bütün enerjinizi münasibətinizə sərf etməlisiniz.

Birlikdə sosiallaşın

Özünüzü dost ortamlarından kənarlaşdırmayın. Uşaqlarınızı evdə qoyub birlikdə dostlarınızla görüşün. Sosial ortamlarda həyat yoldaşınızı tərifləyin. “İş yerində çox müvəffəqiyyətlidir.”, “Mənə belə bir surpri etdi” kimi ərinizlə qürurlandığınızı və xöşbəxt olduğunuzu göstərən sözlər deyin.

Tərifi unutmayın

Kişilər yataqda yaxşı olduqlarını eşitməkdən xöşbəxt olarlar. Buna görə də, “Dünən gecə bambaşqaydın” və s. tərifləri deməyi unutmayın. Bu ona verəcəyin ən yaxşı hədiyyədir. Özünəgüvən və çox daha yaxşı olmaq istəyi yaradacaqsan onda.

Bir-birinizin zövqlərinə, hobbilərinə hörmətlə yanaşın

Onun hobbiləri, zövqü sizin xoşunuza gəlməsə də buna hörmətlə yanaşmaq sizin borcunuzdur. Eyni hörməti də qarşı tərəfdən gözləmək sizin haqqınızdır. Həm bəlkə o sevmədiyiniz, ancaq sevgilinizin xoşuna gələn məşğuliyyət sizin də xoşunuza gələcək. Məsələn ərinizin ən böyük hobbilərindən biri futboldursa, bir gün onunla birlikdə futbol izləməyə gedin. Və ya basketbol oynamaqdan zövq alırsa, ondan sizə də basketbol oynamağı öyrətməsini və birlikdə oynamağı təklif edin. Qısacası ön yargınıza məğlub olmayın. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir