bosanma

“Ailələrin dağılmaması üçün qanunun evlilik və boşanma ilə bağlı hissəsinə əlavə düzəliş edilməlidir”

Baxış sayı: 427

Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3-dən 4,9-a enib, boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Anlamsız səbəblərdən boşanmanın və ya plansız evliliyin önlənməsi üçün evlilik önlənməsi üçün evlilik öncəsi müqavilə proseduru varmı? Bununla bağlı qanun nə deyir?

Hüquqşünas Ramil Süleymanov bildirir ki, ümumiyyətlə boşanma da, nikah da bir hüquqdur və biz burada insanların məcburi şəkildə bir yerdə olmasını tələb edə bilmərik: “Təbii ki, dövlət bu sahədə müəyyən baryerlər tətbiq edə bilər. Məsələn, sağlamlıq haqqında arayışların tələbi artıq tətbiq olunmaqdadır. Eyni zamanda artıq 2025-ci ilin iyul ayının birindən qohum evliliklərinin qadağan olunması ilə bağlı müddəa qüvvəyə minəcək”.

Ramil Suleymanov

Hüquqşünas təklif edir ki, indiki halda, ailələrin, ailə qurmaq istəyən və bu barədə ərizə verən cütlüklərin, fərdlərin psixoloji durumları ilə bağlı müvafiq yaradılan mərkəzlərdən arayışların alınması tələb olunsun. Ramil Süleymnaov qeyd edib ki, evlənmək üçün müddət ərizə verdikdən sonra bir ay ərzində deyil, üç ay ərzində rəsmiləşdirilməsinin qeydə alınması qanunvericiliyə əlavə olunsun.

“Bildiyiniz kimi, insanlar arasında nişanlılıq dövrü var. Nişanlılıq dövrü hüquqi müddət hesab olunmur. Düşünürəm ki, kifayət qədər ciddi bir müddətdir. Bir halda ki, qanunlar, qanunların mənbəyi, həm də adətlər, ənənələr hesab olunur. Bu barədə mütləq şəkildə qanunvericiliyə əlavə olunması da şərtdir”-deyə Ramil Süleymanov bildirib.

Hüquqşünas deyir ki, boşanma barədə proses kifayət qədər ciddiyyətə alınmalıdır və Ailə Məcəlləsinə ailəyə edilən müdaxilələr zamanı müdaxilə edən şəxslərin hüquqi məsuliyyətini nəzərdə tutan normalar əlavə olunmalıdır: “Eyni zamanda Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanununun işləkliyi təmin edilməlidir. Həmçinin dövlət bu sahədə, qeyri-hökumət təşkilatlarının işlərinin stimullaşdırılmasına nail olmalı və müvafiq layihələrlə QHT-lər daha işlək vəziyyətə gətirməlidir”.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir