20a61aacf322749a6ba1bf5abf072e4d

Ailənin 7 üzvü peraşkidən zəhərləndi

Baxış sayı: 1. 597

Ağdamda bir ailənin 7 üzvü  qidadan zəhərlənib. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində baş verib. Kənd sakinləri 1995 –ci il təvəllüdlü Süleymanova  Nərmin Mətləb qızı, 1992-ci il təvəllüdlü Süleymanov Nicat Şöhlət oğlu,  1988-ci il təvəllüdlü Həsənova Nüranə  Üzeyir qızı, 1970 Süleymanova Telli Səməd qızı, 1964-cü il təvəllüdlü Süleymanova Radə Mirzalı qızı, 1959-cu il təvəllüdlü Həsənova  Bəsurə Səməd qızı, 1935-ci il təvəllüdlü Süleymanova Zərifə Həsən qızı ev şəraitində bişirilmiş peraşkidən zəhərlənib.

 

Zəhərlənənlər Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən xəbərə görə, zəhərlənənlərin vəziyyəti orta ağırdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir