aile

Ailənin möhhkəmliyinə zərbə vuran davranışlar – “EvliSƏN”

Baxış sayı: 1. 836

Evli cütlüklərin hər hansı problem səbəbindən mübahisə etməsi qədər normal bir şey ola bilməz. Amma tərəflər nə qədər qızğın mübahisə etsə belə, evliliyin təməlini zədələməmək üçün bəzi davranışlardan qaçmalıdırlar. “Gencaile.az” saytının  “EvliSƏN” rubrikasında məhz bu haqda danışacağıq.

 

 

Hər mübahisə dava deyil

Hər mübahisə etdiyinizdə bunu dava olaraq qəbul etməyiniz doğru deyil. Dava zamanı mütləq qalib və məğlub tərəf olur, amma evlilik həyatındakı hər mübahisədə qələbə qazanmaq istəmək tərəflərin “qızıl orta”nı tapmasına əngəl olur ki, bu da sonda ailə həyatını zərbə altında qoyur.

aile

Müzakirə zamanını düzgün seçin

Hər şeydə olduğu kimi, istənilən məsələni müzakirə etməyiniz üçün də doğru zamanı seçməlisiniz.  Məsələn, əgər həyat yoldaşınız işdən yorğun gəlibsə, əhval-ruhiyyəsi qaydasında deyilsə və ya bu kimi digər narahatlıqları varsa, müzakirə etmək istədiyiniz məsələni başqa vaxt açmağa üstünlük verməlisiniz.

aile

Həll olmamış problem problemi

Hər hansı bir mübahisəni “uduzursunuzsa”, belə məqamlarda həllini tapmamış məsələləri gündəmə gətirmək ən yaxşı çıxış yoludur, amma unutmaq lazım deyil ki, bu manevr mübahisənin qızışmasına təkan verə bilər. Onu da nəzərə alın ki, ailənizdəki hər hansı problemin həllini tapmaması həm də sizin səhvinizin nəticəsidir. Hər hansı bir problemin tam həll olunmadan  “dövriyyədən çıxarılması” gələcəkdə sizi daha ciddi çətinliklərlə üz-üzə qoya bilər.

aile

Abu-havanı necə dəyişməli?

Adətən, qızğın mübahisələr başa çatdıqdan sonra qəribə bir səssizlik yaranır. Belə vəziyyətlərdə ən düzgün davranış tərəflərin bir-birini qucaqlaması və bu kimi ruh halını müsbət mənada dəyişəcək hərəkətlər etməsidir.

Əsəbi və duyğusalsınızsa…

Hər hansı bir məsələni müzakirə etmək istəyirsinizsə, bunu əsəbi və həddindən artıq duyğusal olduğunuz anınızda etməyin. Öncə özünüzü sakitləşdirin. Məsələn, gəzintiyə çıxın və düşüncələrinizi götür-qoy edin və hər şeyi bundan sonra planlaşdırın.

aile

 

Sakitləş demək daha da əsəbləşdirir

Mübahisə zamanı tərəflərdən birinin digərinə sakitləşməyi tövsiyə etməsi ən qıcıqlandırıcı nünaslardan hesab olunur. Bunu deməkdənsə, əməli iş daha faydalı ola bilər. Məsələn, qarşı tərəfə güvəndiyinizi hiss etdirəcək hərəkətlər və s. etmək ən yaxşı yanaşma olardı.

 

Hazırladı: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir