“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə albalı piroqunun reseptini təqdim edirik:
Xəmir üçün inqrediyentlər:
2 yumurta
1/2 çay qaşığı duz
1 stəkan kefir və ya 2 stəkan qatıq
100 qram marqarin
1 çay qaşığı qabartma tozu
250 qram və ya bir az çox un, xəmir xama konsitensiyasında olmalıdır
100 qram şəkər tozu
Bir paket vanilin
İçlik hazırlamaq üçün:
450 qramlıq dondurulmuş və ya təzə albalı
Şəkər
Hazırlanma qaydası:
Yağı şəkərlə çalın, yumurta, kefir, un, vanilin, qabartma tozu əlavə edin. Xəmiri yağlı kağız sərilmiş qaba tökün, üzərinə giləmeyvə, sonra şəkər tozu səpin.
30 dəqiqə 200 dərəcədə bişirin.
Nuş olsun!
Məsudə Sultan