xeyanet

Aldadan kişini anlamaq üçün gərəkli 10 yol

Baxış sayı: 1. 611

Qadın kişi əlaqələrində əslində iki tərəfin, amma ən çox da qadının qorxusu ALDADILMAQDIR… Qadın yazıçı Charlotte Wardın qələmə aldığı və blogunda da yer verdiyi “It’s Not Me, It’s You” (Mən Deyil, Sən) kitabında kişilərin bəzi aldadarkın daha çox ilişdikləri nüanslar izah edilir. Sizə bəzi ipuclar…Çox güclü bir münasibətiniz olduğunu düşünürsünüz ancaq bir gün evə gəldiyinizdə kompüterdə sevgilinizin / ərinizin bir qadın yoldaşına yazdığı maili görürsünüz… “Nara-naram…” demək məcburiyyətindəyik, gərginlik musiqisini arxa fonda hiss etdirə hiss etdirə… Sonra da dramın gəldiyini unutmadan…Segilinizin ya da yoldaşınızın sizi aldatdığını düşünürsünüzsə, göz yaşlarınızı bir müddət rəfə, ən geridəki vaza qoymağa nə deyirsiniz? Bəzi şeyləri anlamaq üçün dərin nəfəs alın və müşahidə etməyə başlayın. İngilis yazıçı Charlotte Wardın sizinlə paylaşacağı bəzi şeylər var, ona da qulaq asın.əvvəl One Poll adlı araşdırma şirkətinin ortaya çıxardığı nəticəyə bir nəzər salaq . İngiltərədə 3 min cütün qatıldığı araşdırmada təcrübədən keçənlərin yüzdə 12′si partnerini aldatdığını etiraf edir. Normal gedən bir əlaqə əsnasında, bir başqa qadınla yatdığını qəbul edən kişilərin sayı heç də az deyil.”It’s Not Me, It’s You” (Mən Deyil, Sən) adlı kitabı üçün araşdırma aparan yazıçı Charlotte Ward, söz mövzusu aldatma olunca az qala hər kişidə görülən bəzi davranış ipuclarını ortaya çıxarmışdır. Kişiləri müşahidə edən və təcrübələrindən də faydalanan yazıçı, best sellər olmağa namizəd kitabında qadınlara “Diqqət!” deyir və kişini ələ verən davranışları bir-bir sıralayır.İngilis The Times qəzeti də bu ‘yanıltmayan’ ipuclarını toplamışdır. Aldadılmadığınızı ümid edərək 10 yolu önünüzə səririk.
YALANLAR YALANLAR YALANLAR…
1. Kişinin qadınlara eşqbazlıq baxışlar atması. Bəzən bu çox məna daşımaya bilər, kişi ötəri də qarşı tərəfə baxa bilər, amma baxışları ayırd etməkdə fayda var.
2. Twitter və Facebook kimi internetin ictimailəşmiş saytları, insanların partnerlerini aldatmasını qızışdırır. Texnologiya nə qədər irəliləsə aldatmalar da o qədər irəli bir ölçü və sıxlıq qazanır. Cib telefonu da bunlardan biridir. Partneriniz cib telefonsuz bir yerə gedə bilmirsə, əmin olun bunda bir problem- səbəb var deməkdir.
3. Telefonlara cavab verməməsi, harada olduğu sualını naməlum cavablarla ötürməsi. Şübhə toxumlarınız onsuz da çoxdan səpildi, deyilmi?
4. Xarici görünüşünə həddindən artıq diqqət göstərməsi. Bir anda metroseksüel bir kişi oldu, haydı canım! Bunda bir iş var qızlar!
5. Burnunu qaşımaq və gözün içinə baxa bilməmək kimi bəzi yalan siqnalları verməsi.
6. Yorğan-döşək üzünü  dəyişdirmək kimi yeni xasiyyətlər əldə etməsi. Əsla təmiz olmaq kimi bir rol boynuna götürdüyünü sanmayın.
7. Günahkarlıq duyğusunun təsiriylə, gerçəkdə birlikdə olunan əsas sevgilinin üzərinə düşmə halları.
8. Ən kiçik şeydən döyüş çıxartma. Ən sadə yol, ən hiyləgər amma özünü ələ verən üsul!
9. Başqa insanlara da özünü qəribə hiss etdirmə.
10. Bəzən də heç bir işarə göstərməmə halıdır ki, ən qorxuducusu da bu olsa gərəkdir!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir