magaza

Alıcını daimi müştəriyə necə çevirmək olar?

Baxış sayı: 1. 520

Heç kimə sirr deyil ki, alıcıların loyallığını qazanmaq bir qədər çətindir. Bunun üçün çox və gərgin işləmək lazımdır. Lakin bu hələ kifayət etmir: müştərini necə qoruyub saxlamağı, onu necə “daimi” etməyi bacarmaq və onun sizə dəfələrlə yenidən geri dönməsinə nail olmaq lazımdır.

Stabil keyfiyyəti qoruyun

Stabillik dəyişməz olaraq müştəriləri cəlb edən amillərdən biridir. Onlar sizin mağazanıza gəldikdə və yaxud sizin xidmətinizdən yararlandıqda məhz istədikləri məhsul/xidmət ilə qarşılaşacaqlarına əmin olsalar mütləq olaraq vəfalı müştərinizə çevriləcəklər. Məsələn: dünyanın istənilən ölkəsində McDonalds restoranına getsəniz, burgerin dadı eyni olacaq. Bu standartlaşdırma və stabil keyfiyyət etalonudur. 

Müştərilərin problemini həll etməyə kömək edin

Müştərilərinizə onları narahat edən probemlərini həll etməkdə kömək etsəniz onlar heç vaxt rəqiblərinizə üz tutmayacaq. Məsələn: sürətli xidmət göstərilməsi. Müasir insan zaman çatışmazlığından əziyyət çəkir və gözləmək istəmir. Onlara mümkün qədər tez xidmət göstərin və alıcılar sizə loyallıq ilə cavab verəcək.

Pulsuz təqdimat və yaxud dequstasiya təşkil edin

Məhsul və ya xidməti pulsuz olaraq sınaqdan keçirmək imkanı müştərilərin simpatiyasını qazanmağa və onları daimi etməyə kömək edəcək.

Müştərilərdə vərdiş yaradın

Məsələn: Supermarketə gələn müştəri əldə etmək istədiyi məhsulun və yaxud onun analoqunun burada olacağını bilir. Belə bir müştəri alış-verişi hər zaman eyni məkandan etmək vərdişinə sahibdir. Yenilik təklif edin+ Yuxarıda qeyd etdiyimiz kimi stabillik yaxşıdır. Lakin bu müştəri üçün darıxdırıcı olmamalıdır. Bəzən müştəri yenidən sizə baş çəksin deyə onu müsbət mənada heyrətləndirmək lazımdır.

Məsələn: plastik qablaşdırma paketlərini ekoloji təmiz kağızlarla əvəz etmək. Müştərilərinizin yenidən sizə üz tutmalarını istəyirsinizsə bu məsləhətlətə riayət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir