alis-veris

Alış-veriş alüdəçiliyindən necə xilas olmalı?

Baxış sayı: 1. 284

PROBLEMLƏRİNİZİ ALIŞ-VERİŞ EDƏRƏK HƏLL EDİRSİNİZSƏ

Həyat yoldaşı bu asılıqdan əziyyət çəkənlər, onları xoşbəxt etmək üçün bu problemi görməməzlikdən gəlirlər. Əslində alış-veriş asılılığını qarşı tərəfin problem halına gətirməməsi, evliliyi gücləndirirmiş kimi görünsə də əslində bu problemin daha da böyüməsinə səbəb olur. Bir çox hallarda yoldaşının bu asılılığına görə maddi cəhətdən çətinlik çəksələr də, özlərini günahkar sayaraq başqalarından borc alarlar və ya əlavə işdə işləyərlər. Bir yandan da alış-veriş asılılığı olan tərəf, yoldaşının bu problemi açıq bir şəkildə danışmağından ehtiyat edər, çünki əsəbləşməyindən və ayrılmağından qorxarlar. Alış-veriş asılığı olan insanlar istədikləri hər şeyi alsalar da xoşbəxt ola bilmirlər. Beləliklə, yoldaşının onun ehtiyaclarını qarşılaya bilmədiyi üçün özgüvəni azalacaq və bir müddətdən sonra aqressiv davranışlar sərgiləyəcək.

ASILILIQ İNKAR EDİLƏRSƏ

Bir evdə hər iki tərəfin də alış-veriş asılılğı varsa, bu iki qat problemdir. Ünsalverin sözlərinə görə, bu zaman hər iki tərəf xoşbəxt görünməyə çalışacaqlar. “Pulu qəbirə aparmayacağıq ki?” düşüncəsi, əlavə pul yığmaqlarına mane olar. Bu problemi müzakirə etməmək və ya göz yummaq gizlincə bağlanmış müqavilə kimidir. Bəzən yoldaşlardan birinin alış-veriş etməsi digərini də həvəsləndirə bilər. Məsələn, kişinin təzə telefon alaraq evə gəldiyini görən xanımı, səhəri gün çox bəyəndiyi amma bahalı olduğu üçün ala bilmədiyi ayaqqabını alar. Hər iki tərəfin də problemli olmağı bu məsələnin gizli qalmasına və həll olunmasına səbəb olar.

 

MÜALİCƏ EDİLMƏLİ

Ünsalverin sözlərinə görə, problemi həll etmək üçün hər iki tərəfin mütəxəssisə müraciət etməyi mütləqdir. Bu problemi yaşayan şəxsə həyat yoldaşının dəstək olmağı,  sağalmasını daha da sürətləndirər. Yoldaşınızın belə bir problem yaşadığını görüb onu qınamamalısınız, həmçinin də dəstək olmaq üçün birlikdə alış-veriş etməyiniz də doğru deyil. Əgər bu problem ən son həddədirsə, qarşı tərəf ailəni qorumaq üçün gəlirləri ayırmalıdır. Davamlı olaraq borcları ödəmək və ya olanları görməməzlikdən gəlmək problemin olmadığı anlamına gəlməz. Cütlüklər bir-birinə kömək etməklə, bu problemdən xilas ola bilərlər.

Hələ də özünüzdə bu problemi görmürsünüz? O zaman “Confessions of a Shopaholic” filmini izləyin. Əminik ki, bu romantik-komediya filminə baxarkən özünüzdən bir çox şey görəcəksiniz. Əgər bizimlə həmfikirsinizsə, o zaman bir mütəxəssisə müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir