Alkollu içkilər insanın düşüncəsini yavaşladır və onun daha aktiv işləməsini azaldır. Emosional reaksiyalar passivləşir, bəzən isə kobudlaşır. Alkoqol qəbul edən şəxslər ya həddindən artıq əsəbi olur, ya da bunun tam tərsi olaraq ətrafa qarşı çox biganə yanaşırlar.
Heç kim birdən-birə içki aludəçisi olmur və yaxud onun xəstəsi olmur. O, istifadə, sui-istifadə və xəstəlik mərhələlərini keçdikdə artıq xəstə halına gəlir.
İstifadə mərhələsi: Adam yalnız toy, ad günü, bayram və qonaqlıqlarda, özü də az miqdarda içir, sabahı gün isə durub işinə gedə bilir.
Sui-istifadə mərhələsi: Adam tez-tez, özü də çox miqdarda spirtli içki qəbul etməyə başlayır, onun ailəsi və işində müəyyən problemlər yaransa da, asılılıq formalaşmadığı üçün o, hələ xəstə sayılmır. Hətta, sui-istifadə mərhələsində on illərlə qala bilər və xəstəlik mərhələsinə girməyə bilər. Bu, həmin şəxsin səviyyəsindən, mədəniyyətindən, sağlamlığından və özünə hakim olma qabiliyyətindən asılıdır.
Xəstəlik mərhələsi: Adam artıq spirtli içkilərdən psixi və fiziki asılı vəziyyətə düşüb, aludəçisi olur. Fikri yalnız içmək və içkini necə əldə etmək üzərində cəmlənir. Artıq onu heç nə düşündürmür, çünki xəstədə şəxsiyyətin pozulması yaranır və nəticədə yavaş-yavaş ailəsini, dostlarını, işini və sağlamlığını itirir. Miqdara nəzarət edə bilmir və hər gün daha çox içmək istəyir.
Qəbul edilən qida əvvəlcə ağız suyu ilə islanır və dişlər vasitəsilə mexaniki çeynəməyə məruz qalır. Sonra mədədə və mədəaltı vəz şirələrinin köməyi ilə parçalanır və sonda on iki barmaq bağırsağa keçir. Burada isə qaraciyər şirəsi və ödün təsiri ilə zülallar, yağlar, karbohidratlar və digər maddələr biokimyəvi reaksiyalara uğradıqdan sonra mikromolekullar şəklinə düşür – yalnız bundan sonra onlar on iki barmaq bağırsaq yolu ilə qana sorula bilər.
Sonrakı sorulma qida borusu və mədədə (20%) davam edir və bu proses on iki barmaq bağırsaqda (80%) tamamlanır. Acqarına bu proses 30-40 dəqiqəyə, tox halda isə bir qədər gec – 40-50 dəqiqəyə başa çatır. Bu proses karbon qazı və suyun əmələ gəlməsi ilə tamamlanır.
Qana sorulan kimi alkoqol orqanizmin bütün orqan və toxumalarına gedərək, onlara zərərli təsir etməyə başlayır. Hansı orqanda lipidlər (yağlar) və maye çoxdursa, alkoqolun konsentrasiyası (qatılığı) həmin yerdə ifrat dərəcəyə çatır, o toxuma alkoqolun zərərli təsirinə daha çox məruz qalır. Bu mənada baş və onurğa beyini, qaraciyər və yumurtalıqlar alkoqoldan daha çox ziyan görür. Elə ona görə də həmin orqanlarda patologiyalar nisbətən çox rast gəlinir.
Alkoqoldan istifadə vaxtından əvvəl qocalmağa və əlilliyə gətirib çıxara bilər. Əllərin əsməsi, gərginlik və daim əsəbi olmaq insanın psixi durumunu məhv edir. Eyni zamanda içkili olduğu zaman bir çox müxtəlif təhlükələr yaradır və bu təhlükələr acı sonluqla bitir. Yol qəzaları və ölüm hadisələri buna nümunədir.
Alkoqoldan istifadəni idarə etmək, həm fiziki, həm də emosional sağlamlığınızı yaxşılaşdırmaq üçün vacib bir addımdır. Bu prosesdə mütləq nəzarət edilməli olan məsələlər var:
Gündəlik və ya həftəlik məqsədlər qoyun və onlara əməl etməyə çalışın.
Etibar etdiyiniz insanlardan (ailə və dostlarınızdan) dəstək alın. Onların anlayışı və motivasiyası prosesi asanlaşdıra bilər.
Psixoloqlar, terapevtlər, məsləhətçilər alkoqolla mübarizədə sizə kömək edə bilər.
Hansı vəziyyətlərdə və ya mühitlərdə spirtli içki içməyə ehtiyac hiss etdiyinizi müşahidə edin, vəziyyətləri və ya yaranan səbəbləri qabaqcadan planlaşdıraraq minimuma endirməyə çalışın. Hətta həmin mühitdə olmamağa çalışın.
Sağlam vərdişlər inkişaf etdirin.
Fiziki fəaliyyət stress və narahatlığı azaltmağa kömək edir. İdmanla məşğul olmaq, təmiz havada qaçış və ya yürüş etmək.
Sağlam yuxu rejimi ümumi rifahınızı yaxşılaşdıra bilər.
Alternativ içkiləri sınayın: alkolsuz kokteyllər, bitki çayları və ya təzə meyvə şirələri seçə bilərsiniz.
Kiçik uğurları qeyd edin, düşünün ki, bu uğurlar uzun müddətli və ömürlük olacaq. Sadəcə səbr və iradə lazımdır. Və sonda siz bacaracaqsınız.
Spirtli içki qəbulunu azaltdığınız və ya tamamilə tərk etdiyiniz günləri qeyd edərək özünüzü motivasiya edin.
Yenidən başlama istəyi yarandıqda, özünüzü günahlandırmayın.
Yenidən başlamalısınızsa, özünüzü mühakimə etməyin. Bunu prosesin bir hissəsi kimi qəbul edin və hədəflərinizə yenidən diqqət yetirin.
Unutmayın ki, bu proses insandan insana dəyişə bilər. Səbirli olun və lazım gəldikdə peşəkar kömək və psixoloji dəstək almaqdan çəkinməyin.
Fazilə Camalova
Psixoloq, refleksoloq
Yazı çox faydalıdır, xüsusilə də alkoqolun insan orqanizmində yaratdığı zərər haqqında verdiyiniz məlumatlar çox maraqlı və ətraflıdır. Hətta bu mövzu haqqında heç düşünməmişdim. Lakin mənə görə, yazı bəzən çox texniki şəkildə yazılıb və bəzən bu, oxucunun diqqətini azalda bilər. Məsələn, qida borusundan başlayıb qaraciyər şirəsi və öd haqqında deyilənlər biraz artıq detallıdır. Amma ümumiyyətlə, alkoqolla mübarizədə praktiki məsləhətlər çox yerindədir. Xüsusən də ‘alternativ içkiləri sınayın’ və ‘hər kiçik uğuru qeyd edin’ məqamları insanı motivasiya edir.
Ən çox bəyəndiyim hissə ‘Sağlam vərdişlər inkişaf etdirin’ bölümü oldu, çünki bu gün iş həyatımda çox stress yaşayıram və idmana yönəlməyi çox istəyirəm. Yazı mənə bu addımları atmağa ilham verdi. Həmçinin yazının motivasiyaedici tonunu da çox bəyəndim. Ancaq bəzi yerlərdə tibb terminologiyası biraz daha sadələşdirilə bilərdi ki, oxumağa başlayanda çox “elmi” hiss etməyək. Hər halda yazı çox faydalıdır, təşəkkür edirəm
Yazıda spirtli içkilərin fiziki təsirlərindən çox danışmısınız, amma emosional və sosial təsirləri haqqında da məlumat vermək faydalı olardı. Bəs alkoqolun insanların əlaqələrinə, xüsusilə ailə münasibətlərinə necə təsir etdiyi barədə nə düşünürsünüz? Xüsusilə, alkoqol aludəçisi olan birinin ailəsi necə dəstək verə bilər? Bu barədə əlavə məlumat versəniz çox yaxşı olar.
Yazınızın tibbə dair bölümü çox yaxşıdır və çox məlumatlıdır. Lakin ‘qaraciyər və yumurtalıqların ziyan görməsi’ mövzusunda daha çox məlumat vermək maraqlı olardı. Məsələn, alkoqol qaraciyərə necə təsir edir və bu təsirləri necə geri qaytarmaq mümkündür? Mühüm bir məsələ olan bu mövzunu daha geniş şəkildə şərh edə bilərsinizmi?
Təşəkkürlər, çox faydalı bir məqalə oldu
Yazıya daha çox praktiki yanaşmalar, tibb və psixoloji tərəflərdən daha geniş açıqlamalar əlavə etmək oxucuların ehtiyaclarına daha uyğun olardı.
Yazıda ‘alternativ içkilər’ bölümündə təklif etdiyiniz məsləhətlər çox yaxşıdır. Amma sualım var: Gündəlik həyatımızda spirtli içkini tərk etdikdən sonra, bu yeni vərdişləri necə qura bilərik? Məsələn, insanlar ətraflarında hələ də içənlər olduqda, onlarla münasibətləri necə qurmalı və alkoqoldan uzaq durmaq üçün sosial təzyiqlərdən necə qorunmalı? Bunu da araşdırmağınız mümkün ola bilərmi?