“Gencaile.az” saytı qış tədarükü üçün alma “balı”nın hazırlanma qaydasını təqdim edir
Tərkibi:
2,5 kq alma
1 kq şəkər tozu
su
Almaları yuyun, dörd bölün. Cecəsini çıxarmaq lazım deyil (çürüklərini isə mütləq artlayın).
Almaların üzərinə çıxacaq qədər su tökün. Alma həll bişənədək qaynadın.
Durşlaq və cunanın köməyilə almaların şirəsini süzün.
1,5 l şirəyə 1 kq hesabı ilə şəkər tozu əlavə edin. Şərbət qatılığınadək bişirin.
Steril bankalara yığıb bağlayın.
Soyuq yerdə saxlayın. “Bal” soyuyandan sonra jeleyə, yaxud zərif marmelada dönəcək.
Nuş olsun!