İnqrediyentlər
2 x.q. yağ
4 ədəd yumurta
150 qram şəkər tozu
30 qram kakao-toz
2 ç.q. qabartma tozu
100-150 qram un
2-3 ədəd alma
Hazırlanma mərhələsi
Almalar soyulur, nazik doğranılır. Yumurtanı şəkər tozu ilə yaxşı çalıb, kakao, un və qabartma tozu əlavə edilərək, ehtiyatla qarışdırılır. Alma əlavə edilir, ehtiyatla qarışdırılır. Formaya yağ çəkilir, xəmir əlavə edilir. Soba qabaqcadan 180 dərəcəyə qədər qızdırılır, piroq 30-40 dəqiqə bişirilir.