20oz_clear_plastic_cup

Alman ekoloqları birdəfəlik stəkanların istehsalına qarşıdır

Baxış sayı: 1. 616

Almaniyada hər saatda təxminən 320 min, ildə 2,8 milyard birdəfəlik stəkan istifadə edilərək atılır. Bu isə il ərzində 40 min ton tullantı deməkdir.

“mdr.de” xəbər verir ki, belə bir xoşagəlməz statistik rəqəmlə bu ölkənin ətraf mühitin mühafizəsi (Deutsche Umwelthilf) təşkilatı çıxış edib. Təşkilatın xəbərdarlığına görə, əsasən kofe, çay və digər içkilərdə istifadə olunan plastik və karton tərkibli birdəfəlik stəkanlar ətraf mühitə çox zərərlidir.

Mütəxəssislər qəti şəkildə bildirib ki, sözügedən stəkanların sayı məhdudlaşdırılmalıdır. Əvəzində onlar əhaliyə 20 sent dəyərində müəyyən edilən və məişətdə gündəlik sərf edilən çoxdəfəlik stəkan qabların istifadəsini məsləhət görüb.

Yeni kampaniyaya start verən təşkilat bu problemdən yaxa qurtarmaq üçün Almaniya ictimaiyyəti arasında yeni imic formalaşdırmaq niyyətindədir. Ekoloqların araşdırmasına görə, çoxdəfəlik stəkan qabların istehsalı həm də enerji baxımından da sərfəlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir