Amerikalı tərzi ilə qidalanma risklidir

Baxış sayı: 1. 724

İngiltərənin İmperial Collage Universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, amerikalı tərzində qidalanmaq xərçəng xəstəliyi riskini daha da artırır. Araşdırma zamanı genetik özəllikləri yaxın olan 20 amerikalıya və 20 afrikalıya 2 həftə ərzində qidalanma tərzlərini dəyişdirmək tapşırılıb. 2 həftəlik təcrübə nəticəsində məlum olub ki, yüksək miqdarda “fast food” yeməkləri və ət yeyən afrikalıların düz bağırsaq xərçənginə tutulma ehtimalları artıb. 2 həftə ərsində lifli qidalar yeyən amerikalılarda isə düz bağırsaq xərçəngi riski azalıb. Düz bağırsaq xərçəngi dünya üzərində ən ölümcül hesab edilən dördüncü xəstəlikdir. Bu xəstəliyə görə hər ilə 600 min nəfər həyatını itirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir