“Gencaile.az” “NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmovanın məqaləsini təqdim edir.
Ümumiyyətlə, ilk anda qəribə gələn bu anlamı gəlin sizə sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. “Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə,
xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə “aparın bu uşağı artıq onun üçün gecdi” demişdi.
Çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan Məhəmməd Peyğəmbər burda uşağın ana bətnində olan tərbiyəsin nəzərdə tutmuşdu. Hətta dində də Allah uşağa ana bətnində 2 ay yarımında ruh verir. Tibbi olaraq artıq uşağın 3 ayında əsas struktur orqanları tam yaranır. Deməli, artıq uşağı tərbiyə eləmək vaxtı başlayır. Düşünün, doğulanda belə dilsiz-ağızsız körpəyə nəsə öyrətmək çətin olur. Dili olmasa belə, öz münasibətini ən azı ağlamaqla göstərir. Amma ana bətnində tam rahat və ən uğurlu tərbiyə etmək mümkündür. Körpə tam sizin istədiklərinizi qəbul edir və bu cür inkişaf edir.
ABŞ-da “baby shine” adı altında maraqlı bir terapevtik üsul var ki, uşağın embrional inkişafına birbaşa təsir edir və psixoloji mərkəzlərdə, klinikalarda belə uğurla istifadə olunur. Bu, ananın körpəylə danışması adlanır. Ana gün ərzində nələr edirsə, özünü necə hiss edirsə, bu barədə körpəsinə raport verir: “Ana indi ataya yemək verməyə mətbəxə gedir”, “bir az darıxdıq, gəl, gedək televizora baxaq”, “Ata əsəbidi, gəl, onu güldürək”. Bu metod uşaqlarda intellektual səviyyəni artırır, buna görə də uşaq daha tez dil açır, səlist və aydın ünsiyyət qurur.
Çox yaxşı olardı anamız özünə hamiləlik boyu qeyd edə biləcəyi bir dəftər ayırsın. Ora övladından nələr görmək istədiyini qeyd etsin: “1.Sarışın, göy göz olsun. 2. Hamıyla ünsiyyətə girən, ağlamayan uşaq olsun. 3. Burnu balaca olsun. 4. Saçları buruq olsun və s.”
Mümkün olsa, göz qabağında ola biləcəyi yerə yapışdırsın və üstündə ayın tarixini qeyd etsin. Məsələn, soyuducunun, yataq otağında şifonerin üstünə və hər dəfə yanından keçəndə oxusun, yadına düşdükcə əlavə etmək istədiyi şeyləri yazsın. Ayın sonunda yeni boş vərəqə əvvəlki vərəqdəki istəklərdən ən çox istədiyi 5 dənəsini əlavə edərək yapışdırsın. Bu, hamiləliyin sonuna qədər belə davam eləsin. Övladı dünyaya gələndə ana özünü rəssam kimi hiss edəcək.
Ümumiyyətlə, ananın hamiləlik boyu dinlədiyi musiqilər çox önəmlidir. Bəzən biz Şopen, Motsart kimi dünya klassiklərinin musiqisini dinləyirək uşağımızın daha “mədəni” olmasını istəyirik. Əslində isə bu, tam belə deyil. Psixologiyada etnopsixologiya deyilən bir elm var ki, burada hər bir millətin fərqli zövlərə, iqlimə, yaşayış tərzinə bir sözlə, bütün ekoloji və sosial faktorların təsiri ilə insanların psixologiyası öyrənilir. Yəni Azərbaycanlı ananın və körpənin öz etnosundan olmayan musiqi dinləməsi elə də effekt vermir. Analar çalışmalıdır ki, Azərbaycan mənşəli musiqiyə (sözsüz mahnı) qulaq assınlar. Bu, övladlarını vətənpərvər və anaya bağlı, özgüvəni yüksək, kommunikativ uşaq edəcək. Məsələn, elə bizim əksəriyyətimiz himnimiz və ya “Sarı gəlin”imizi dinləyəndə
çox həssaslaşır, qəribə hisslər keçiririk, el dili ilə desək, “tüklərimiz biz-biz olur”. Bu da bizim genetik yaddaşımızı göstərir.
Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz analar, bəzən övladlarımızı hansısa formada görmək istəyiri,k bəzən buna zorlayırıq, sonda isə çox vaxt məyus olur, daxili istəyimizə görə göstərdiyimiz təzyiqlər bəzən uşaqlarımız tərəfindən üsyanla qarşılanır. Ondansa bunu zamanında sizin tam nəzarətiniz altında etsəz, nə siz inciməzsiniz, nə də övladınız.
GeriQadınları çılpaq gəzən, uşaqlara 3 yaşında həyat yoldaşı seçən tayfa - FOTOLAR
İrəli10 ən yaxşı makiyaj hiyləsi