film

Ana-bala izləyə biləcəyiniz ən yaxşı 10 FİLM

Baxış sayı: 4. 167

Ana və övlad dünyanın ən müqəddəs cütlüyüdür. Bu mövzu hər kəsin həyatında xüsusi yer tutur. Ana-övlad sevgi, qayğı, hörmət, vəfa, əbədi məhəbbət deməkdir. Dünyada anasını sevməyən övlad və övladını sevməyən aaya rast gəlmək mümkün deyil. Əgər belə bir hal baş verərsə,heç şübhəsiz ki, bu, normal qarşılanmır və insanlıqdan kənar bir hadisə kimi qiymətləndirilir. Ana-övlad mövzusunda çox danışmaq olar. Lakin elə filmlər var ki, bu mövzunu qəlbləri titrədəcək formada təqdim etməyi bacarıb. “Gencaile.az” məhz həmin filmləri bir araya toplayıb. Dünyanın ən yaxşı ana-övlad filmlərini təqdim edirik. Bu filmləri mütləq izləyin.

 

1. Qızım olmadan əsla

Son dərəcə təsiredici dramdır. Amerikalı bir qadın həyat yoldaşını xoşbəxt etmək üçün İrana gedir. Lakin qadın orada əri tərəfindən əsir götürülür. “Qızım olmadan əsla” filmi ana və övladının yaşadıqlarını maraqlı və həyəcanlı bir formada əks etdirən ekran əsəridir.

 

2Tısbağalar da uçar

İranla Türkiyə sərhəddində yaşayan kürd qaçqınlarından birinin hekayəsidir. 13 yaşında Soran adlı uşaq mina yığaraq dolanışığını təmin edir. Soran həmyerliləri üçün hazırladığı antena ilə Səddamın hakimiyyətdən düşməsi xəbərini aldıqdan sonra bunu hər kəsə deyir. Agrin isə 14 yaşında anadır və Soran ona aşiq olub. Lakin aralarında maneə var. Agrinin böyük qardaşı Henkov Soranı rahat buraxmır. Henkovun isə bir qolu minaya düşdüyü üçün yoxdur.

 

3. Lorenzonun yağı

Gerçək bir hekayədən ilhamlanaraq ərsəyə gələn bu film 7 yaşına qədər heç bir narahatlığı olmayan və normal bir uşaq olan Lorenzo Odonedən bəhs edir. Lakin günlərin birində qəribə bir xəstəliyə düçar olur. Filmdə hər an inkişaf edən gərgin hadisələr və ailənin mübarizəsi məhz bundan sonra başlayır. Uşaq bir müddət sonra qəfil ürəkgetmələri və yaddaş itirmə ilə üz-üzə gəlir. ADL adı verilən müalicəsi olmayan bir xəstəliyə tutulan Lorenzo üçün həkimlər bir neçə il ömür sürə biləcəyini deyirlər. Hər hansı bir tibbi biliyi olmayan valideynlər Augosto və Michaela cütlükləri uşaqlarını xilas etmək üçün bütün günlərini müalicə mövzusunda bir ümid tapmaq üçün sərf edərlər.

 

4. Əlvida Lenin

Alexin anası Şərqi Almaniyada yaşayan və sosializmə inanan aktivistdir. Xoşagəlməz bir hadisə nəticəsində komaya düşür. Onun aylarla davam edən koma halı müddətində Şərqi Almaniya və sosializm dağılır. Anası oyandıqdan sonra onun yaşaması üçün süni bir dünya yaradan Alexin mübarizəsi hər kəsi heyrətləndirir. Yann Tiersenin sehrli musiqilərinin rəng qatdığı “Əlvida Lenin” filmini izləməyə dəyər.

 

5. Çərpələngi vurmasınlar

Türk kinosunun ən yaxşı filmləri arasında yer alan bu ekran əsəri 5 yaşı olan Barışın azadlıq və sevgi nağılıdır. Barış əbədi dünya işığına həsrətdir. Ulduzları belə görməyən kiçik Barışın anasının günahı ucbatından həbsxanada keçən qısacıq həyatı və məhkumlardan İnci ilə söhbətləri filmi unudulmaz dram hekayəsinə çevirir. Film 5 mükafat alıb.

 

6. Dəniz qızları 

Film 1960-cı illərin Amerika həyatından bəhs edir. Yaşadıqları yerdən ayrılıb yeni bir həyata başlayan ana Rachel Flax və qızları filmin qəhrəmanlarıdır. Onların həyatı, güzəranı, başlarına gələn macəralar bu filmi dünyanın ən yaxşı ana-qız filmləri arasına daxil edib.

 

7. Mən sənə söyləmişdim

Bütün anaların ən çox istifadə etdiyi cümlələrdən biri də “Mən sənə söyləmişdim”dir.  Film həddən artıq idarəçi və yanlış fikirli ana olan Daphnenin qızı Miliylə olan münasibətlərindən bəhs edir. Ana qızına həyatda düzgün insanı tapmaq üçün bir çox məsləhətlər verir. Dərin mövzulu film komik anlarla da zəngindir.

 

8. Gizli dünya

7 il əvvəl Old Nik kimi tanıdığı bir adam tərəfindən qaçırılan 24 yaşlı Joy həmin gündən evinin arxasındakı kiçik bir daxmada Jek ilə məhbus kimi yaşayır. Old Nikin davamlı təcavüzlərinə məruz qalan Ma adlı qadın bu 7 ilin son 5 ilini Nikin təcavüzləri nəticəsində dünyaya gətirdiyi oğlu Jek ilə keçirib. Real həyatdan xəbərsiz olan oğlunu böyütməyə çalışsa da, onun bir gün gerçək dünyanı da tanıması lazım olduğunu anlayır. Həbs həyatından çətinliklə qaçaraq ailəsinin yanına qayıdan Joy üçün indi bir başqa çətin imtahan başlayır. Gerçək həyatla heç zaman qarşılaşmayan Jeki yeni bir həyata adaptasiya edə bilmək, eyni zamanda öz həyatına da qaldığı yerdən davam etdirə bilmək elə də asan deyil.

 

9. Qırmızı şar  

1956-cı ilin Fransa istehsalı olan bu film “Oscar” mükafatına layiq görülüb. Hər zaman qırmızı bir şarla gəzən kiçik yaşlı Paskalın sevimli dünyası var. Ekran əsəri onun həyatı, dünyagörüşü, duyğu və düşüncələrini əsrarəngiz bir formada izah edir.

 

10. Digərləri

2 uşağı ilə bir evdə yaşayan Grace küçəyə çıxa bilməz. O, İkinci Dünya Müharibəsində həyat yoldaşını itirib. Uşaqlarından biri Graceni maraqlı hadisələrlə üz-üzə qoyur. Uşaqlarına baxmaq üçün evə köməkçi götürən ana indiyədək 3 xidmətçi ilə uşaqlarının münasibətlərini anlamadığını görür. Elə bu andan etibarən bir çox maraqlı məqamlar üzə çıxır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir