hamilelik bandaj

Ana bətnindəki uşaqlar nə vaxtdan musiqini ayırd edə bilir?

Baxış sayı: 1. 567

İspan alimlər maraqlı araşdırma aparıblar. Və müəyyənləşdiriblər ki, ana bətnindəki körpə 14 həftəliyindən etibarən səsləri duymaqla yanaşı, musiqini də ayırd edə bilir.

“European” bildirir ki, İspaniyanın Barselona şəhərindəki Markes İnstitutunda aparılan araşdırmada könüllülər qismində hamiləliyin 14-39-cu həftələrində olan qadınlar iştirak edib. Onların olduqları otaqda musiqi səslənib. Bu zaman qadınlar növbə ilə ultrasəs müayinəsindən keçiriliblər. Məlum olub ki, hamilələrin 87 faizinin bətnindəki körpələr musiqi səsini eşidir, musiqiyə reaksiya verirlər.

Üstəlik, bir neçə körpə musiqini eşidəndə “oxumağa” başlayıb.

Araşdırmaya başçılıq etmiş professor Mariza Lopes-Teyhonun dediyinə görə, bətndəki körpələr dodaqlarını və dillərini tərpədiblər, sanki oxumağa çalışıblar: “Daha sonra abdominal üsulla bətndəki körpəyə səsi çatdırdıq. Hamiləliyin 16-cı həftəsindən sonra qadınların bətnlərindəki körpələrin musiqini ayırd etdiklərini artıq dəqiqləşdirdik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir