ana sudu

Ana sü­dü ilə qi­da­lan­ma niyə aza­lır?

Baxış sayı: 1. 467

Get­dik­cə da­ha çox ana kör­pə­si­ni sü­ni uşaq qi­da­sı ilə qi­da­lan­dı­rır. Elə bu sə­bəb­dən də sü­ni uşaq qi­da­la­rı­nın sa­tı­şı yax­şı gə­lir gə­ti­rən biz­ne­sə çev­ri­lib. Ar­tıq ha­mı bi­lir ki, do­ğum ev­lə­rin­də sü­ni uşaq qi­da­la­rı­nın ge­niş təb­li­ğa­tı ge­dir. Do­ğum ev­lə­ri, pe­di­atr­lar sü­ni uşaq qi­da­la­rı sa­tan şir­kət­lər­lə bir­gə iş gö­rə­rək ana­la­ra bu qi­da­la­rı tək­lif edir­lər.
Qeyd edək ki, Azər­bay­can­da kör­pə­lər və er­kən yaş­lı uşaq­lar üçün sü­ni qi­da məh­sul­la­rı­nın rek­la­mı­nın ha­mi­lə qa­dın­lar və ana­lar ara­sın­da, tibb mü­əs­si­sə­lə­rin­də ya­yım­lan­ma­sı­na gö­rə cə­ri­mə tət­biq edi­lə­cək. Bu­nun­la bağ­lı İn­zi­ba­ti Xə­ta­lar Mə­cəl­lə­si­nə tək­lif edi­lən əla­və Mil­li Məc­li­sin ötən ple­nar ic­la­sın­da mü­za­ki­rə­yə çı­xa­rı­lıb. Mə­cəl­lə­nin ha­zır­kı va­ri­an­tı­na gö­rə, sü­ni qi­da məh­sul­la­rı­nın sa­tı­şı­nı ar­tır­maq məq­sə­di ilə tibb iş­çi­lə­ri­nin və on­la­rın ai­lə üzv­lə­ri­nin bu və ya di­gər for­ma­da hə­vəs­lən­di­ril­mə­si­nə gö­rə cə­ri­mə­lər tət­biq edi­lir. Bu ha­la gö­rə fi­zi­ki şəxs­lər 150 ma­nat­dan 200 ma­na­ta­dək məb­ləğ­də, və­zi­fə­li şəxs­lər 250 ma­nat­dan 300 ma­na­ta­dək məb­ləğ­də, hü­qu­qi şəxs­lər 750 ma­nat­dan 1000 ma­na­ta­dək məb­ləğ­də cə­ri­mə­lə­nir­lər (“Trend”)”. Mə­cəl­lə­yə tək­lif edi­lən də­yi­şik­lik la­yi­hə­si­nə gö­rə, bu cə­ri­mə həm də kör­pə­lər və er­kən yaş­lı uşaq­lar üçün sü­ni qi­da məh­sul­la­rı­nın rek­la­mı­nın ha­mi­lə qa­dın­lar və ana­lar ara­sın­da, tibb mü­əs­si­sə­lə­rin­də ya­yım­lan­ma­sı­na gö­rə tət­biq edi­lə­cək.

Tib­bi eks­pert Adil Qey­bul­la bil­di­rir ki, pe­di­atr və sü­ni uşaq qi­da­la­rı­nın sa­tı­şı ilə məş­ğul şir­kət­lə­rin nü­ma­yən­də­lə­ri­nin do­ğum ev­lə­rin­də sü­ni uşaq qi­da­la­rı­nın rek­lam et­mə­si qey­ri-qa­nu­ni­dir: “Sü­ni uşaq qi­da­la­rı­nın rek­la­mı dün­ya­nın hər ye­rin­də qa­da­ğan edil­mə­li­dir. Dər­man ki­mi sü­ni uşaq qi­da­la­rı da yal­nız hə­kim tə­rə­fin­dən tə­yin olun­ma­lı­dır. Bu sə­bəb­dən də sü­ni uşaq qi­da­la­rı­nın rek­la­mı yol­ve­ril­məz­dir” de­yən mü­sa­hi­bi­miz vur­ğu­la­yıb ki, ana­lar müm­kün qə­dər kör­pə­lə­ri ana sü­dü ilə qi­da­lan­dır­ma­lı­dır: “Kör­pə­nin hə­ya­tı­nın ilk ay­la­rın­da ana sü­dü ilə qi­da­lan­ma­sı çox mü­hüm­dür. Am­ma ana sü­dü ilə bağ­lı hər han­sı bir prob­lem ya­şa­nır­sa, kör­pə­yə ana sü­dü ver­mək müm­kün ol­mur­sa, ya da ana­nın sü­dü az olur­sa, kör­pə ac qal­ma­sın de­yə uşaq qi­da­la­rı­na keç­mək zə­ru­rə­ti var. Hə­min qi­da­lar müx­tə­lif­dir. Kli­ni­ka­lar ay­rı-ay­rı uşaq qi­da­la­rı sa­tan şir­kət­lər­lə iş­lə­yir­lər və iş­lə­dik­lə­ri şir­kə­tin uşaq qi­da­sı­nı təb­liğ edir, va­li­deyn­lə­rə tək­lif edir­lər. Kli­ni­ka­la­rın uşaq qi­da­la­rı­nı rek­lam et­mə­si düz­gün de­yil. Yə­ni uşaq qi­da­la­rı se­çi­mi yal­nız hə­kim tə­rə­fin­dən töv­siy­yə olun­ma­lı­dır. Bə­zən han­sı­sa uşaq qi­da­sı uşa­ğın or­qa­niz­mi­nə düş­mür və onu də­yiş­mək zə­ru­rə­ti ya­ra­nır. Bun­lar hə­kim məs­lə­hə­ti ilə həll olun­ma­lı­dır. İn­san­la­rın sər­bəst şə­kil­də se­çim edə­rək is­tə­di­yi uşaq qi­da­sı­nı alıb uşa­ğa ye­dirt­mə­si düz­gün ad­dım de­yil”.

A.Qey­bul­la qeyd edib ki, kör­pə dün­ya­ya gəl­di­yi ilk vaxt­lar ana sü­dün­də an­ti­tel­lər olur: “Hə­min an­ti­tel­lər kör­pə­lə­ri xəs­tə­lik­lər­dən, so­yuq­dəy­mə­dən qo­ru­yur. An­ti­tel­lər süd­lə uşa­ğın qa­nı­na da ke­çir. Ana sü­dü kör­pə­nin mü­da­fiə va­si­tə­si­dir. Tə­bii ki, sü­ni uşaq qi­da­la­rı yal­nız qi­da­dır, tər­ki­bin­də mik­roe­le­ment­lər, zü­lal­lar, kar­bo­hid­rat­lar, yağ­lar var. Bun­lar uşaq or­qa­niz­mi üçün la­zım­dır. Sü­ni uşaq qi­da­la­rı su ilə qa­rış­dı­rı­lır və uşa­ğın ba­ğır­sa­ğı ilə asan mə­nim­sə­ni­lə bi­lir. Ana sü­dü­nün tər­ki­bin­də xey­li mik­roe­le­ment­lər, zü­lal­lar, pro­te­in­lər, kar­bo­hid­rat­lar, yağ­lar və s var. Uşa­ğa la­zım olan hər şey ana sü­dün­də var. Uşaq ana sü­dü­nə da­ha tez adap­ta­si­ya olur. Yə­ni ana sü­dü kör­pə­nin or­qa­niz­mi ilə bağ­lı ol­du­ğu üçün ona tam uy­ğun gə­lir. Ana sü­dü həm də da­ha key­fiy­yət­li­dir. Am­ma bir şe­yi də nə­zə­rə alaq ki, in­di­ki eko­lo­ji və­ziy­yət və qi­da məh­sul­la­rı ilə heç ana sü­dü­nü də key­fiy­yət­li he­sab et­mək ol­maz. Bu­nu açıq et­raf edək. Ona gö­rə də ana­la­rın ço­xu­nun sü­dü ol­mur. Ço­xu­nun süd­lə bağ­lı mü­əy­yən prob­lem­lə­ri ya­şa­nır. Bə­zi­lə­rin­də süd az olur”.

Psi­xo­loq Və­fa Rə­şi­do­va deyir ki, ana­nın kör­pə­yə ana sü­dü ver­mə­si və ya bu­nun sü­ni uşaq qi­da­sı ilə əvəz­lə­mə­si da­ha çox onun öz se­çi­mi ilə bağ­lı­dır: “Bu, ana­nın dün­ya gö­rü­şün­dən ası­lı­dır. Ana­ya hər cür uşaq qi­da­sı gös­tə­ri­lə və ya rek­lam olu­na bi­lər. Am­ma onun han­sı se­çi­mi et­mə­si­nə bu­nun­la bağ­lı nə də­rə­cə­də maa­rif­lən­mə­si tə­sir edir. İn­sa­na hər şey təq­dim olu­na bi­lər. Se­çi­mi özü et­mə­li­dir. Elə xa­nım­lar var ki, sü­ni uşaq qi­da­la­rı­na yax­şı bax­mır. Çün­ki kör­pə­ni dün­ya­ya gə­tir­mə­miş­dən ön­cə bu mə­qam­la­rı in­cə­lə­yib, araş­dı­rıb, xey­ri­ni və zə­rə­ri­nin nə ol­du­ğu­nu öy­rə­nib. Ana sü­dü ilə bağ­lı bi­li­yi olan in­san­lar üçün sü­ni uşaq qi­da­la­rı­nın rek­la­mı prob­lem ya­rat­mır. Am­ma az maa­rif­lən­miş in­san­lar, ana sü­dü ilə sü­ni uşaq qi­da­la­rı­nın fər­qi­ni bil­mə­yən, bu­nun­la o qə­dər də ma­raq­lan­ma­yan in­san­lar əl­bət­də ki, rek­lam olu­nan uşaq qi­da­sı­nı dər­hal alıb uşa­ğı­na ye­dir­də bi­lir. Rek­lam edən in­sa­nın bur­da gü­na­hı yox­dur. Rek­lam­çı öz məh­su­lu­nu rek­lam edə­rək sa­tır. Prob­lem ana­la­rın dü­şün­cə­sin­də­dir ki, kör­pə dün­ya­ya gə­lib, am­ma on­lar hə­lə də öv­lad­la­rı­nı ne­cə ye­dir­də­cək­lə­ri­ni mü­əy­yən et­mə­yib­lər. Tə­bii ki, ana sü­dü mü­hüm­dür, xey­ri əvəz­siz­dir”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir