Valideyn

Ana uşağını necə sevməyə bilər?

Baxış sayı: 1. 136

Yəqin ki, başlığı oxuyan kimi tükləriniz biz-biz oldu və təbii olaraq “Axı bir ana uşağını necə sevməyə bilər?” deyə düşündünüz. Ancaq təəssüf ki, son vaxtlar bu, cəmiyyətdə adi bir haldır. Elə isə bir ana uşağını necə sevməyə bilər? Bunun üçün bir neçə ehtimal var. Bu ehtimallardan bəziləri isə aşağıdakılardır:

1) Arzuolunmaz hamiləlik.

2) Çox ağır keçən hamiləlik prosesi.

3) Doğum prosesində baş verənlər.

4) Uşaqla bağlı ailədaxili münaqişələr.

5) Uşağın hərəkətləri və s…

valideynle yatmaq

Səbəb yuxarıda sadaladağımız ehtimalların hamısından irəli gələ biləcəyi kimi, yalnız biri ilə də bağlı ola bilər. Əslində, belə hallarda valideynin uşağını sevmədiyini və ya sevə bilmədiyini düşünmək səhvdir. Burada söhbət sadəcə olaraq, sevgi hissinin kökdən düşməsindən gedir. Elə isə belə vəziyyətlərdə nə etmək lazımdır? Təbii ki, ən doğru və qısa yol bir mütəxəssislə məsləhətləşməkdir. Çünki problemi aradan qaldırmaq üçün ən azı səbəb müəyyən edilməli və psixoterapevt müalicəsi tətbiq olunmalıdır. Ana ancaq bu şəkildə hisslərindəki tarazlığı bərpa edə bilär. Əks halda, valideyn və uşaq arasındakı bu münasibətlər problemin daha da böyüməsinə səbəb ola bilər. Digər tərəfdən, səbəb uşağın səhv hərəkətləridirsə, yenə bir mütəxəssisdən kömək almaq və bu hərəkətlərin mənbəyini müəyyən etmək lazımdır. Bu şəkildə mütəxəssis uşağa necə münasibət göstərmək məsələsində də sizə kömək edə bilər.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir