Orxan Agabeyov

Androloqa müraciət etmək üçün 10 əsas səbəb

Baxış sayı: 2. 307

“Gencaile.az” androloq-seksopatoloq Dr. Orxan Ağabəyovun Ailem.az-a məqaləsini təqdim edir.

 

Bir çox başqa kişilər kimi, siz də həyatın qarşınıza qoyduğu bütün suallara özbaşına cavablar tapmağa çalışırsız? Və əlbəttə ki, bu işdə sizin ən etibarlı köməkçiniz internetdir. Sağlamlığınızla bağlı problemlər ortaya çıxanda istisna deyil ki, ilk növbədə noutbuku açırsız. Həqiqətən də çox asandır: özündə hər hansı bir əlamətləri aşkar edib, axtarışa “açar” sözləri daxil edən kimi istənilən həyat məsələləri ilə bağlı cavablar alırsan.

Elə dərman preparatlarının əksəriyyətini də ölkəmizdə reseptsiz almaq mümkündür – getdin, aldın və qəbul etdin. Tez, ucuz və rahat. Fikirləşirsiz ki, xəstəliyi aldada bildiniz və ya qismətdən qaçdınız? Çox təəssüf ki, belə özbaşına müalicə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə isə:

 

Xəstəlik xroniki formaya keçə bilər və artıq təxmin etdiyiniz kimi, o, sizi bütün həyatınız boyu tərk etməyəcək.

 

İstər orqanların birində, istər bütövlükdə orqanizmdə ciddi pozuntulara gətirib çıxaran ağırlaşmalar yarana bilər.

 

“Diaqnoza düşməmək” ehtimalı və digər bir xəstəlikdən müalicə olmaq ehtimalı yüksəkdir (siz axı mütəxəssis

 

Dərman preparatlarına qarşı ağır allergik reaksiyalar əmələ gələ bilər.

 

Ümumiyyətlə, öz kişi sağlamlığınızı riskə atmağa dəyməz. Bu gün biz androloqun əyani qəbuluna düşməyin lazım olduğunu göstərən 10 əsas əlamətdən

 

Sidik kanalından (uretradan) ifrazatlar.

 

Uretradan normada sidik və sperma ifraz edilməlidir, yalnız o şərtlə ki, siz özünüz bunu istəyirsiz (və siz gənc yaşda deyilsiz, həmçinin seksual cəhətdən özünüzü uzun müddət saxlamırsız, hansı ki, özü-özlüyündə yaxşı bir hal deyil). Əlbəttə ki, uretra və prostat vəzinin fizioloji ifrazatları vardır, lakin bu axıntılar normalarına görə elə az miqdardadırlar ki, onları heç görməyə də bilərsiz. Əgər sizdə uretradan ifrazatlar varsa, bu o demək deyil ki, mütləq cinsi infeksiya ilə yoluxma baş verib. Bunlar soyuqlamadan sonra sidik kanalı və prostat vəzidə özünü büruzə verən iltihabdan da ola bilər. Həmçinin, digər orqanlarda hər hansı bir xəstəliyin ağırlaşması ola bilər. Hər halda, siz qeyri-adi bir şey görsəniz və ya hiss etsəniz, o zaman mütləq mütəxəssisin qəbuluna

 

Uretrada kəskin ağrılar, qıcıqlanma və qaşınma.

 

Sidik kanalında vaxtaşırı sağlam insan da müxtəlif hisslər keçirə bilər, bu isə aktiv cinsi həyatın davamlılığı, qoruyucu və lubrikantların, ədviyyaların istifadəsi ilə də bağlı ola bilər. Lakin bu, müntəzəm şəkildə baş verirsə və əlamətlərin güclənməsi ilə müşahidə olunursa, o zaman vaxtı uzatmaq olmaz – artıq həkimə müraciət etməyiniz.

 

Aralıq nahiyəsində, xayalarda, anusun ətrafında, belin aşağı nahiyəsində olan ağrılar.

 

Bax bu artıq onun əlamətidir ki, sizdə problemlər var (əlbəttə ki, dünən sən at çapıb, qaydasız döyüşdə və küçə davasında iştirak etməmisənsə).

 

Sidik ifrazının pozulması.

 

Siz fikir vermisiz ki, əvvəllər gələn sidik axını ilə qar üstündə sözlər yaza bilirdin indi isə həmin sidik axını zəifləyib? Siz daimi olaraq rahatlaşıb boşalmaq istəyirsizsə və ya əksinə, unitaz qarşısında uzun müddət dayanaraq düşüncələrə qapılırsızsa? Siz gəlin bir həkimə gedin. Bu əlamətlər ciddi xəstəliklərin əlamətləri ola bilər.

 

Sidik və ya spermada rəng dəyişikliyi və ya hər hansı qatqıların əmələ gəlməsi (çirk, qan).

 

Bu, niyə baş verir? Yalnız mütəxəssis bundan baş çıxarda bilər.

 

Xarici cinsiyyət orqanlarının üzərində (ləkələrin, eroziyanın, yara-xoraların) və ya törəmələrin (“şişlərin”) əmələ gəlməsi.

 

Bunlar çirkdən və ya istidən deyil. Çox güman ki, siz hansısa xəstəliyə yoluxmusuz.

 

Libidonun (istəyin, ehtirasın) azalması və ya tamamilə olmaması

 

Əgər siz libidonun artırılması yollarına aid olan məqaləni artıq oxumusuzsa və yenə sizə heç bir şey kömək etmirsə, istisna deyil ki, sizin orqanizmində problem var – müalicə olmaq lazım olacaqdır.

 

Ereksiyanın zəifləməsi (cinsi zəiflik).

 

Ola bilsin ki, siz yorulmusuz, yaxşı yuxu almamısız və ya stress keçirmisiz. Amma ola bilər ki, yanında “yaxşı qıcıqlandırıcı obyekt” yoxdur və ya siz qoruyuculardan düzgün istifadə etmirsiz. Lakin problem daha da dərin ola bilər, o hormonal funksiyanın pozulması, damarların, daxili orqanların və ya sidik-tənasül sisteminin xəstəlikləri ilə əlaqədar ola bilər.

 

Asteno-vegetativ sindrom

 

Halsızlıq, yüksək yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi, əsəbilik, dəyişkən əhval-ruhiyyə, yuxu pozuntusu, tərləmə, nəbzin sürətlənməsi və s. Belə sindroma adətən xroniki prostatitdən əziyyət çəkən kişilərdə rast gəlinir.

 

Sizi həyəcanlandıran istənilən simptomlar və suallar

 

Cinsiyyət orqanlarının sizi qane etməyən ölçüləri və ya rəngi, qadınlarla tanış olmamaq bacarığı, valideynlər tərəfindən təzyiq, seksual pozalardan qeyri-məmnunluq və s. Mən, 15 ildir ki müxtəlif androloji xəstəliklərdən əziyyət çəkən və hərdən qeyri-adi olan şikayətlərlə də gələn xəstələri qəbul edirəm. Yəni bu məqalədə yazılan səbəblər daha çox rast gəlinəndi, amma başqa səbəblər də ola bilər.

 

Buna görə də əgər sizdə hər hansı problemlər və ya suallar varsa, o zaman ən yaxşısı androloqa müraciət etməkdir. Özünə hörmət etmək, sağlamlığa isə dəyər vermək lazımdır. Uğurlar!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir